Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Birləşmiş Ərəb Əmirliklərinin Prezi­denti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyu­bov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşıla­yıblar.

Son xəbərlər