Ermənistanda daldan atılan daşlar hara dəyir?!..

post-img

Paşa ƏMİRCANOV
[email protected]

Ermənistanda yenidən ara qarışıb. Bəzi ictimai qüvvələr – “HayaKve” (Ermə­nistan referendumu və “Haya Vote”) təşəbbüsünün tərəfdarları parlamentin qarşısında toplaşaraq ölkənin Cinayət Məcəlləsinə iki bəndin əlavə edilmə­sini təklif edirlər. Əslində layihə bütünlüklə təşəbbüs tərəfindən irəli sürü­lüb. Birinci təklif belədir: “Ermənistan Respublikasının adından çıxış edən və öz hərəkətləri ilə “Artsax”ı başqa dövlətin bir hissəsi kimi tanıyan dövlət məmuru 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalan­dırılır”.

İkinci təklif isə Ermənistan Respubli­kası adından çıxış edən, öz bəyanatları və digər hərəkətləri ilə 1915-ci ildə Os­manlı imperiyasında “erməni soyqırımı” faktını inkar edən və ya onun tarixi əhə­miyyətini və təhlükəsini azaldan dövlət məmurunun 10 ildən 15 ilə qədər bir müddətə azadlıqdan məhrumetmə ilə cə­zalandırılmasını nəzərdə tutur. 

“HayaKve” ictimai-siyasi təşəbbüsü Ermənistan parlamentinin binası qarşı­sında dövlət və hüquq məsələləri komitə­sində baxılan qanun layihəsinə dəstək məqsədilə mitinq keçirir və təşəbbüsü dəstəkləyənlərin hamısını parlamentin qarşısına dəvət edərək aksiyaya qoşul­mağa çağırır.

Bu, hələ işin yarısıdır. Ermənistanın Cinayət Məcəlləsinə təklif edilən əlavələ­rin nəzərə alınıb-alınmayacağı hələ mə­lum deyil. Hökumətin separatçı “Artsax” rəhbərlərini tanımaqdan və onları maliy­yələşdirməkdən imtina etdiyi məlumdur. Üstəlik, baş nazir keçmiş “Dağlıq Qara­bağ” da daxil olmaqla Azərbaycanın əra­zi bütövlüyünü tanıyıb. Son vaxtlar sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı danışıqlar da intensivləşməkdə­dir. Odur ki, “HayaKve”nin təşəbbüsünün nəzərə alınacağı şübhə doğurur. 

Maraqlı olan Ermənistanda ictimai xadim və publisist kimi tanınan Ovanes İşxanyanın parlamentin binası yaxınlığın­da jurnalistlərə dedikləridir. “HayaKve” təşəbbüsünün aksiyasına qatılan İşxan­yan deyib: “Erməni Artsaxının səhifəsini bağlanmış hesab etmək mümkün deyil, çünki Artsax bizim mülkümüzdür və bu, bizim Vətənimiz, əcdadlarımızın məskə­nidir”.

Onun sözlərinə görə, “Artsax”ı ağlı­nızdan çıxarmaq eyni şeyi Ermənistana münasibətdə də tədricən etmək demək­dir: “Əgər biz Artsaxın olmaması faktı ilə barışa bilsək, onda Sünikin olmayacağı, Tavuş ərazilərinin təslim olacağı və er­məni dövlətçiliyinin olmaya biləcəyi ilə də barışa bilərik”.

Onun fikrincə, “Artsax” xalqının geri qayıtması üçün imkanlar yaratmaq məqsədilə “Artsax” uğrunda mübarizəyə müdaxilə edənləri kənarlaşdırmaq lazım­dır: “Bu maneənin aradan qaldırılması yolunda Ermənistanda, təbii ki, əmək­daşlıq mədəniyyəti formalaşmalıdır. “AyaKve” təşəbbüsü bu mədəniyyəti for­malaşdıranlardan biridir”.

Təşəbbüsün koordinatoru Avetik Ça­labyan isə az qala “Artsax”ın itirildiyi ilə barışıb və hesab edir ki, bu gün başlanan mübarizə onun nə vaxtsa “qaytarılması üçün açar ola bilər”. O deyir: “Artsax ora­da yaşayanlara məxsusdur. Əgər bu gün onlar vəziyyətin tələbi ilə Ermənistanda yaşayırlarsa, hər şeyi etmək lazımdır ki, nə vaxtsa Artsaxa qayıda bilsinlər. “Ha­yaKve” bizə, bax, bunu etməyə imkan yaratmaq istəyir”.

Budur, Ermənistanda bir çoxları bu ilin 19-20 sentyabr hadisələrindən sonra Qarabağ ermənilərinin könüllü surətdə ərazini tərk etməsindən peşman olublar. İndi “bəlkə də qaytardılar” prinsipi ilə fəa­liyyət göstərməyə çalışırlar. Amma bizim atalar sözlərindən birində deyilir ki, dal­dan atılan daş topuğa dəyir. Ermənistan­da belə daşların hara dəydiyini bilməsək də, görürük ki, artıq qatar gedib və özü ilə təxminən 30 illik bir müddətdə yaşa­dıqları ərazidə böyük günahlara batmış bir toplumu – Qarabağ ermənilərini də aparıb.

Təbii ki, bu köç zamanı Azərbaycanın xoş niyyəti, ermənilərə Qarabağda qalıb həyatlarını davam etdirmələri ilə bağlı çağırışları nəzərə alınmadı. Təəssüf ki, Ermənistan və qondarma separatçı re­jimin başbilənləri regionda dinc yanaşı yaşamaq əvəzinə, ermənilərin köçündən Bakı əleyhinə sui-istifadə etmək xətti götürdülər. Bax, erməni havadarlarının bu gün Bakıya iftiralar ataraq, təzyiqlər göstərmək cəhdi də məhz Ermənistan siyasilərinin hoqqabazlığından başqa bir şey deyil. Guya Fransa, ABŞ, yaxud Av­ropa İttifaqı Qarabağdan könüllü şəkildə getmiş erməniləri geri qaytaracaq. Amma bütün bunlar xam xəyallar olaraq qalır. 

Elə Ermənistan parlamentinin qarşı­sında “Artsax”a gün ağlamaq istəyənlə­rin təşəbbüsü də, beləcə, nəticəsiz cəhd olaraq qalacaq. Artıq hökumətin parla­ment binası qarşısına polis qüvvələrini cəlb etdiyi barədə də xəbərlər gəlmək­dədir. Görünür, bu ölkədə daldan atılan daşlar polis dəyənəyi ilə bilikdə topuğa deyil, başa dəyir...

Siyasət