“Azərbaycanın antiterror tədbirləri keçirmək hüququ var idi” - ŞƏRH

post-img

“Azərbaycanın antiterror tədbirləri 10 noyabr 2020-ci il tarixli bəyanatın Ermənistan silahlı qüvvələrinin çıxarılması və tərksilah edilməli olması barədəkı bəndə əsasən başlayıb. Həmin ərazidə yerləşən hər hansı silahlı birləşmə onların qanunlarından kənardır”.

Bu barədə erməni hərbi ekspert Hayk Nahapetyan Ermənistan mətbuatına bildirib.

“10 noyabr 2020-ci il tarixli bəyanatın 4-cü bəndinin birinci cümləsində qeyd edilib ki, Rusiya sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”, - deyə hərbi ekspert vurğulayıb.

Rizvan FİKRƏTOĞLU
XQ

Siyasət