Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin həmsədrliyi ilə “Gülüstan” sarayında “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə fəaliyyətinə həsr edilən konfransda son iyirmi ildə ölkəmizin qazandığı nailiyyətlər və tarixi qələbələrə dair məruzələr dinləniləcək.