Bakı Təşəbbüs Qrupunun üzvü Fransanı vicdanlı dialoqa çağırdı

post-img

“Fransa 1966–1974-cü illərdə 200-ə yaxın nüvə sınağının vurduğu zərərin maddi, ekoloji və sosial baxımdan kompensasiyası prosesinə hələ də başlamayıb”. Bunu Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nəzdində fəaliyyət göstərən Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü Ella Tokoraqi BMT-də çıxışında deyib.

O qeyd edib ki, Fransanın bu mövqeyi onun müstəmləkəçilik siyasə­tini davam etdirməsini göstərir: “Üstə­lik, bu, dekolonizasiyaya dair qərar qəbul edilməsinə baxmayaraq, Fransa hakimiyyətinin buna hörmət etməməsi­nin sübutudur”.

“Fransa ədaləti bərqərar edəcəyi və təzminat prosesinə başlayacağı təqdir­də bu ölkəni bağışlayacağıq”, - E.Toko­raqi əlavə edib.

“Biz Fransanı ədalətli mövqe tut­maq və ölkəmizin gələcəyi ilə bağlı vic­danlı dialoqda məsuliyyəti öz üzərinə götürməklə bağlı çağırışımızı bir daha bildirmək istəyirik”, - Bakı Təşəbbüs Qrupu İdarə Heyətinin üzvü vurğula­yıb.

O xatırladıb ki, Fransa prezidenti Emmanuel Makron seçki kampaniya­sı zamanı müstəmləkəçilik siyasətini insanlığa qarşı cinayət adlandırıb: “Əl­bəttə ki, bu, belədir”.

XQ

Siyasət