Kolonnanın İrəvan iddiaları əsassızdır

post-img

Oktyabrın 3-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistana səfəri çərçivəsində mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.

Bu barədə Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Ermənistanda mət­buat konfransı zamanı səsləndirdiyi id­dialara dair şərhində bildirilib.

Qeyd edilib ki, 30 ilə yaxın müd­dətdə azərbaycanlıların öz doğma torpaqlarından güc yolu ilə kütləvi şə­kildə qovulmasına, onlara qarşı mü­haribə cinayətləri və kütləvi qırğınlar törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın indi heç bir əsas olmadan və BMT, Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və digər beynəlxalq təşkilatların səsləndirdiyi mövqeyə ta­mamilə zidd olaraq bölgədən könüllü əsasda getmiş erməni sakinlərin əra­zidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdır­maq məqsədi daşıyır.

Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yeni­dən təcavüzə və hərbi avantüraya cəlb etməsi qəbuledilməzdir. Fransanın böl­gəmizə tarixən müdaxilə etmə cəhdləri kimi, bu səylərin də uğursuzluğa düçar olacağı Fransaya aydın olmalıdır.

Vurğulanıb ki, Fransanın hər za­man Ermənistana dəstək verdiyinin, BMT Təhlükəsizlik Şurasının iclasları­nın təşəbbüskarının Fransanın olduğu­nun bildirilməsi rəsmi Parisin son 30 ilə yaxın dönəmdə səsləndirdiyi bitərəf və neytral vasitəçi iddialarının tamamilə əsassız olduğunu növbəti dəfə sübut edib.

Azərbaycanın həyata keçirdiyi anti­terror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Er­mənistanın baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, Fransa nazi­rinin Azərbaycanın öz suveren ərazilə­rində atdığı legitim addımı cinayət ad­landırması saxtakarlıq olmaqla yanaşı, Parisin bölgədəki səriştəsiz siyasətini iflasa apardığını nümayiş etdirir.

XQ

Siyasət