Ermənistan cəmiyyəti ordumuzun regionda ən güclü olmasından tutmuş, müxtəlif məsələlərdə seçim imkanımızın olmamasına qədər müxtəlif dövrlərin hakimiyyət orqanlarının daim qidalandırdığı fikirlərə asanlıqla uyğunlaşdı.
"Caliber" xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Nina Karapetyants “1in.am” kanalında müsahibə zamanı bildirib.
“Düşünürəm ki, biz müntəzəm olaraq eyni səhvi edirik. Çox qəribədir ki, bu cür davranış və düşüncə tərzi ilə hələ də xalq olaraq yaşayırıq. Çünki belə bir münasibətlə, ilk növbədə, özümüzə, problemlərimizə, dəyərlərimizə, ən mühüm prinsiplərimizə qarşı olmamalıydıq.
Nə əvvəl, nə də bu gün heç bir dərs almamışıq. Dəyişiklik gətirmək üçün heç nə etməmişik. Bütün sahələrdə gündəmlər paketini rəsmiləşdirmiş, cəmiyyəti sərsəmləşdirmək üçün formal xarici gündəm paketini cəmiyyətimizə sırımağa nail olmuşuq. Ordumuzun bölgədə ən güclü olmasından tutmuş, müxtəlif məsələlərdə heç bir seçimimizin olmaması ilə bitən müxtəlif dövrlərin hakimiyyət orqanları tərəfindən daim qidalanan fikirlərə cəmiyyət asanlıqla uyğunlaşdı”, - deyə Nina Karapetyants bildirib.
Rizvan FİKRƏTOĞLU
XQ