Ermənistan müxalifəti Paşinyanın impiçmenti təşəbbüsü ilə çıxış edir

post-img

Ermənistan parlamentində müxalifət baş nazir Nikol Paşinyanın və onun başçılıq etdiyi hökumətin hakimiyyətdən uzaqlaşdırılması üzrə hərəkətləri əlaqələndirəcək milli komitənin yaradılmasını elan edib. Bu barədə “İnterfaks.ru” xəbər verir.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri, Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan müxalifətin mitinqində deyib: “Biz fəaliyyət proqramı hazırlamışıq, əsas məqsəd hazırkı rejimi hakimiyyətdən uzaqlaşdırmaqdır”.

O əlavə edib ki, parlament müxalifəti Paşinyanın impiçmenti prosesinə təşəbbüs göstərəcək.

“Dünən, demək olar ki, bütün müxalifət partiyaları bir neçə saatlıq müzakirələr aparıb, nəticədə mövcud vəziyyətdən çıxmaq üçün “yol xəritəsi” formalaşıb”, - deyə İ.Saqatelyan bildirib.

Rizvan FİKRƏTOGLU
XQ

Siyasət