İtaliya Azərbaycan və Ermənistan XİN başçılarını Romaya dəvət edib

post-img

İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Azərbaycan və Ermənistan hakimiyyətinə Qarabağ ətrafındakı vəziyyətin nizamlanması üçün Romanın vasitəçiliyini təklif edib. TASS xəbər verir ki, bu məqsədlə o, iki dövlətin xarici işlər nazirlərini İtaliyanın paytaxtında görüşə dəvət edib.

Antonio Tajani BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşüb və hər iki nazir Romada görüşə hazır olduqlarını bildiriblər. 

Rizvan FİKRƏTOGLU
XQ

Siyasət