Yevlaxda Azərbaycan və Qarabağ nümayəndələri arasında danışıqlar başladı

post-img

Yevlaxda Azərbaycan və Qarabağ ermənilərinin nümayəndələri arasında görüş başlayıb. Tərəflər Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasını müzakirə edirlər. Məlumatı “İnterfaks.ru” verib. 

Azərbaycan tərəfini danışıqlarda Prezident İlham Əliyevin bu ilin martında Qarabağ sakinləri ilə danışıqlar üzrə məsul nümayəndə təyin etdiyi deputat Ramin Məmmədov təmsil edir. 

Erməni tərtəfindən isə danışıqlarda qondarma Qarabağ “parlamenti”nin deputatları David Melkumyan və Areq Avaqyan iştirak edirlər.

Paşa ƏMİRCANOV
XQ

Siyasət