Ermənistanda Qarabağ sakinlərinin ölkəyə girişinin təşkili müzakirə edilir

post-img

Ermənistanda Azərbaycanın Qarabağ bölgəsindən olan sakinlərin respublikaya girişinin təşkili ilə bağlı idarələrarası müzakirələrə başlanılıb. “İnterfaks.ru” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Digər rəsmi dairələrdən bildirilib ki, Qarabağ sakinlərinin Ermənistanda yerləşdirilməsi üçün müxtəlif ssenarilər müzakirə olunur.

Qeyd edək ki, sentyabrın 20-də Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni sakinlərinin cəmiyyətə sosial-iqtisadi inteqrasiyası planının artıq hazır olduğunu bəyan edib və onların inteqrasiyasını Azərbaycanın daxili işi adlandırıb. Məhz bu məqsədlə bu gün Yevlax şəhərində Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə görüş təşkil ediləcək.

Rizvan FİKRƏTOGLU
XQ

Siyasət