Bakıda Asiya Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilir

post-img

Sentyabrın 21-də Milli Məclisdə Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər daimi komitəsinin iclası keçirilir.

XQ xəbər verir ki, tədbirdə APA-ya üzv ölkələrinin nümayəndə heyətləri iştirak edirlər.

İclasda “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsi qorunması istiqamətində tədbirlər haqqında”, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiya inteqrasiyası haqqında”, “Asiyada səhiyyə bərabərliyi üzrə əməkdaşlıq haqqında”, “Asiya parlamentariləri korrupsiyaya qarşı” və “APA qadın parlamentariləri haqqında” qətnamə layihələri və sənədlər müzakirə ediləcək.

Siyasət