Ermənistan müharibəyə hazırlaşır?

post-img

Təcavüzkar ölkənin təxribatları səngimək bilmir

Ermənistan Azərbaycanla şərti sərhəddə 1-ci, 2-ci, 3-cü və 4-cü ordu korpuslarını fəal şəkildə gücləndirir. Son həftələrdə İran ərazisi vasitəsilə hərbi mövqelərə zirehli texnika və artilleriya mərmiləri çatdırılıb, təmir obyektləri fasiləsiz işləyir. Caliber.az saytı xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə müvafiq görüntülər yayılıb.

Qeyd olunub ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrini də yüksək döyüş hazırlığı vəziyyətinə gətirib. Təkcə son bir həftə ərzində Ermənistanda ehtiyatdan on minədək hərbi qulluqçu çağırılıb.

Bununla yanaşı, erməni hərbi eks­pertlərinin ölkədə, guya, səfərbərliyin olmayacağı ilə bağlı açıqlamaları Azər­baycanı və dünya ictimaiyyətini yanlış məlumatlandırma kampaniyasından başqa şey deyil. Bildirilir ki, yaxın gələ­cəkdə həm öz daxili siyasi hesablama­ları, həm də geosiyasi öhdəlikləri olan Nikol Paşinyan administrasiyasından ciddi hərbi təxribat gözləməyə əsas var. Caliber.Az vurğulayır ki, Qarabağda re­sursların məhdud olduğunu nəzərə al­saq, böyük ehtimalla, orada diversiya təxribat əməliyyatları aparıla bilər, əsas hərbi əməliyyatları isə düşmən Ermə­nistanla şərti sərhədimizə keçirəcək.

Qeyd edək ki, sentyabrın 8-də Azər­baycanda akkreditə olunmuş diploma­tik korpus üçün bölgədə cari vəziyyət­lə əlaqədar brifinq keçirilib. Brifinqdə Ermənistanın bütün təxribatları sada­lanıb. Sonda qeyd olunub ki, İrəvan tərəfindən törədilmiş təxribatlar normal­laşma prosesinə mənfi təsir göstərir və beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir. Ermənistanın məsuliyyətsiz və destruktiv davranışın­dan irəli gələn risk və təhdidlərin adek­vat şəkildə başa düşülməsi və onu bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruri­dir. Həmçinin bildirilib ki, Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və əra­zi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətli­dir. Ümumiyyətlə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişdən sonra Ermənistan hər vəchlə sübut edir ki, üçtərəfli saziş müharibənin bitməsi demək deyil. Mütəmadi olaraq müxtəlif istiqamətlərdə atəşkəs rejimi pozulur, təxribatlar törədilir. Vətən müharibə­sindən öncə də belə hallar tez-tez baş verirdi. Heç də təsadüfi deyil ki, bir sıra ekspertlər hazırda müşahidə olunan durumu Vətən müharibəsindən öncəki vəziyyətə bənzədirlər.

Ekspertlər bu fikirdə də həmrəydir­lər ki, Qarabağ iqtisadi rayonundakı qanunsuz erməni silahlı dəstələrinin üzvləri tərksilah edilməlidir. Gərginlik həm də bununla bağlıdır. Hiss olunur ki, artıq Azərbaycanın səbr kasası daşır. Qanunsuz silahlılar Qarabağdan çıxa­rılmalı, Xankəndidə Azərbaycan Bayra­ğı dalğalanmalı və orada qanunlarımız işləməlidir. Ermənistan siyasi rəhbərliyi isə manipulyasiyalar etməyə çalışır. Bununla yanaşı açıq-aydın görünür ki, Ermənistan manipulyasiya yolu ilə hə­dəflərinə nail ola bilmir. Ona görə də yeni müharibə havasındadır.

Şair RAMALDANOV, 
ehtiyatda olan polkovnik

– Ermənistan və onun havadar­ları 30 ilə yaxın davam edən işğal dövründə olduğu kimi yenə də və­ziyyəti gərginləşdirirlər. Atəşkəsi po­zur və təxribatlara əl atırlar. Nəticə­də danışıqların mənası itir.

Azərbaycan dövləti bütün pro­seslərə nəzarət edir. Ordumuz hər zaman olduğu kimi, indi də istənilən təxribata adekvat cavab verir. Təx­ribatların qarşısı alınır və bundan sonra da alınacaq. Hər halda bunun arxasında siyasi məqsədlər durur. Yəni, Ermənistanla birgə onun ha­vadarları burada vəziyyəti gərgin­ləşdirərək öz məqsədlərinə nail olmaq istəyirlər. Paralel olaraq, Ru­siyaya qarşı olan qüvvələr regionda vəziyyəti gərginləşdirmək üçün Er­mənistanda bu ölkəyə qarşı etiraz prosesini gücləndirirlər. Atəşkəs pozulsun, vəziyyət gərginləşsin və Rusiyanı burada günahlandırsınlar ki, o, heç nə edə bilmir. Rusiya sülh­məramlı kontingentinin fəaliyyətinə qarşı narazılıq ifadə olunur. Bunların hamısı Rusiyaya qarşı olan proses­lərdir. Burada Ermənistan haqqında düşünən yoxdur. Böyük dövlətlər burada vəziyyətin gərginləşdirilməsi və öz maraqlarının təsir dairəsinin genişləndirilməsi ilə məşğuldurlar. Hazırkı vəziyyəti geosiyasi baxım­dan belə qiymətləndirmək olar.

 

Səxavət HƏMİD

XQ





Siyasət