Uşaq evi sosial xidmət müəssisələrinin üç sakini ali məktəbə daxil olub

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin üç sakini ali məktəbə daxil olub. 

XQ xəbər verir ki, agentliyin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Nuray Babək qızı Sasani Bakı Xoreoqrafiya Akademiyasının, 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ayşən Aydın qızı Quliyeva Gəncə Dövlət Universitetinin, 2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin sakini Zakir Amid oğlu Ələkbərli isə Lənkəran Dövlət Universitetinin tələbəsi adını qazanıblar.  

Gənclərimizi bu münasibətlə təbrik edir və gələcək həyatlarında yeni-yeni uğurlar diləyirik!

Sosial həyat