Türkiyənin Antalya vilayətində “AT-802F” model amfibiya yanğınsöndürən təyyarə qəzaya uğrayıb.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama yayıb.
Nazir qəzanın təyyarəyə su doldurulan zaman baş verdiyini bildirib. Qəzadan sağ çıxan heyət Bucak Dövlət Xəstəxanasına yerləşdirilib.