Naxçıvan–Bakı–Naxçıvan istiqamətində reyslərin sayı artırılıb

post-img

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişin sıxlığını nəzərə alaraq Naxçıvan–Bakı–Naxçıvan istiqamətində beynəlxalq sərnişindaşıma marşrutlarında reyslərin sayını artırıb.

Nazirlikdən aldığımız məlumata görə, bu addım vətəndaşların rahat və vaxtında daşınması, həmçinin artan tələbatın qarşılanması məqsədi daşıyır.

Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə www.biletim.az bilet satış platforması vasitəsilə əldə edə bilərlər.

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, o cümlədən vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi istiqamətində faliyyətini davam etdirir.

Sosial həyat