Raul Kontreras ermənilərin siyasi manipulyasiyalarını ifşa edir

post-img

Dünyanın bir sıra nüfuzlu mətbuat orqanlarında Ermənistanın siyasi manipulyasiyalarını, Qarabağ ermənilərinin “humanitar fəlakət” yalanlarını ifşa edən məqalələr dərc edilir. 

“Imperial Valley Press” nəşrində ABŞ-ın tanınmış yazıçı və siyasi ana­litiki, politoloq Raul Kontrerasın müəl­lifi olduğu məqalədə hələ ötən əsrin 60-cı illərində böyük güclər – ABŞ və SSRİ-nin arasında geosiyasi müba­rizə fonunda “The New York Times” qəzetinin amerikalı əsgərlərin Vyetna­ma göndərilməsi ilə bağlı təhrikedici məqalələri xatırladılır və bir neçə gün əvvəl Nikolas Kristoffun Azərbaycana qarşı yazdığı qərəzli yazı ilə müqayisə aparılır. 

Müəllif yazır: “Kristoffun nə vaxtsa Azərbaycanda və ya onun düşməni Ermənistanda olub-olmadığını bil­mirəm. Onun Azərbaycana qarşı iddi­alarını araşdırmağa dəyər...Kristoffun Azərbaycan və onun işğalçı qonşusu Ermənistan arasında 30 illik münaqişə haqqında mənim qədər məlumatı ola bilməz. Son səkkiz ildə altı dəfə ora­da olmuşam. Mən erməni hərbi ci­nayətləri haqqında kitab, Azərbaycan və onun Ermənistanla problemləri barədə bir neçə məqalə yazmışam. Həmçinin Azərbaycan torpaqların­da erməni işğalçıları ilə azərbaycanlı əsgərlər arasında 500 metr enində olan sahədə 24 saat həyəcan siqnalı ilə dayanmışam. Kristoffun məlumatı yoxdur ki, bu münaqişə 1980-ci illərdə - əsrlər boyu Ermənistan ərazisində yaşayan azərbaycanlı müsəlman əha­linin xristian ermənilər tərəfindən qo­vulması ilə başlayıb. O, 1988-1992-ci illər arasında Ermənistan hərbçilərinin təxminən 200 min azərbaycanlını qət­lə yetirdiyini və ya doğma evlərindən didərgin saldığını da yazmır. Üstəlik, 1992-ci ildə Ermənistan Azərbaycana soxularaq onun ərazisinin 20 faizini, o cümlədən bütün Dağlıq Qarabağ bölgəsini işğal edib, çoxlu sayda dinc sakini öldürüb və ya öz yurd-yuvasın­dan qovub. İşğalçılar heç kəsə aman vermirdilər; kişilər, qadınlar və uşaqlar paytaxt Bakıya qaçırdılar”. 

Müəllif qeyd edir ki, Azərbaycan əleyhinə məqalə yazan Kristoff Birləş­miş Millətlər Təşkilatının bir milyona yaxın azərbaycanlının öz evlərindən didərgin salındığını göstərən rəsmi hesabatlarını da görməyib. O, 1994-cü ildə ermənilərin işğal etdiyi Azərbay­canın böyük şəhəri olan Ağdamın ta­mamilə dağıdılması faktına da diqqət yetirməyib. “Ermənilər mis telefon xət­ləri, telefon dirəkləri kimi dəyərli hər hansı material və əşyaları oğurlamaq üçün işçi briqadaları göndərir, sökülən evlərdən taxta, şüşə pəncərələr, küçə döşəmələri və s. daşıyır, 50 min əha­lisi olan şəhəri yerlə-yeksan edirdilər”, - deyə Kontreras qeyd edib. 

Politoloq diqqətə çatdırıb ki, Kris­toff öz yazısında Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun “Dağlıq Qa­rabağda yaşayan 120 min erməniyə qarşı davam edən “soyqırımı” adlı he­sabatına istinad edib. O əlavə edib ki, əslində, yaranmış vəziyyət ermənilə­rin Laçın yolu ilə qaçaq silah daşıması ilə bağlıdır. Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə yerləşən bu yolda ermənilərin qeyri-qanuni fəaliy­yətlərinə qarşı tədbir görülməsi Azər­baycanın suveren hüququdur. Eyni zamanda, yüklərini düzgün sənədləş­dirən ermənilərə tranzit yoldan istifadə etməyə icazə verilir. Həmçinin Azər­baycanın Qırmızı Aypara Cəmiyyəti “ac qaldıqları” iddia edilən insanlar üçün humanitar yardım karvanı da göndərib.

R.Kontreras vurğulayıb: “Ermənilər Qırmızı Aypara bayraqları dalğala­nan yük maşınları karvanını sevinclə qarşıladılar? Xeyr. Ağdamdan gələn yolu beton barrikadalarla bağladılar. Bu yardım ermənilərin viran qoyduq­ları həmin o 50 minlik Ağdam şəhə­rindən yola çıxmışdı. Təəccüblüdür ki, “aclıqdan öldüyünü” iddia edən ermənilər yük maşınlarını Azərbayca­nın öz ərazisinə buraxmaqdan imtina edirlər. Beynəlxalq Cinayət Məhkəmə­sinin keçmiş baş prokuroru, “ermə­nilərin aclıqdan öldüyünü iddia edən” “mütəxəssis” Luis Moreno Okampoya gəlincə, onun regiona səfər etməsi barədə heç bir sübut yoxdur və Azər­baycanın bu ərazisinə getmək istə­yirsə, 1991-ci ildən müstəqil olan və suveren ərazisi beynəlxalq miqyasda tanınan Azərbaycanın rəsmi orqanla­rından giriş vizası almalıdır”.

XQ

Siyasət