Məşhur basketbolçuların kolleksiya kartı hərracda rekord qiymətə satılıb

post-img

Milli Basketbol Assosasiyasının (NBA) əfsanələri Maykl Cordan və Kobi Brayantın şəkilləri və imzası olan kolleksiya kartı hərracda rekord qiymətə satılıb.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, kolleksiya kartı 12 milyon 932 min dollara alıcı tapıb.

“Upper Deck Exquisite Collection” seriyasına daxil olan bu nadir kart 2007-2008-ci illərdə buraxılıb və üzərində iki NBA loqosu ilə yanaşı, Cordan və Brayantın imzası da yer alır.

Bunadək ən bahalı kart beysbol əfsanəsi Mikki Mentlinin 2022-ci ilin avqustunda 12,6 milyon dollara satılan “Topps Mickey Mantle 1952” kartı olub.

Qeyd edək ki, Kobi Brayant 2020-ci ildə 41 yaşında helikopter qəzasında həlak olub.

İdman