Özü yıxılan ağlamaz

post-img

Peskov və Zaxarova Nikola ürək-dirək verdilər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan baş naziri Nikol Paşinyanın dediklərinə münasibəti sərlövhədəki atalar sözünü yada salır. Qeyd edək ki, Nikol İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində Mos-kvanın Cənubi Qafqazda rolunu kiçiltməyə çalışmış, onun Azərbaycanın hərəkətlərinə qarşı, guya, seyirçi mövqeyində olduğunu bildirmiş, habelə Kremlin Kollektiv Təhlükə­sizlik Müqaviləsi Təşkilatı müstəvisində İrəvana dəstəyinin olmadığını vurğulamış, ən əsası isə qurumun ümumən lazımsızlığı və faydasızlığına dair görüntü yaratmışdır. Əlbəttə, Paşinyan başqa mətləblərə də toxunmuşdu ki, söhbətimiz əsnasında onları da diqqətə çatdıracağıq. 

İstər Zaxarovanın, istərsə də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun N.Paşinyanın bildirdiklərinə münasibəti vurğuladığımız məqamla­ra cavab mahiyyəti daşıdı. Etiraf edək ki, hər iki cavab, kifayət qədər, tutarlı alındı. Bu baxımdan, D.Peskovun söylədiklərində bir məqam da diqqət çəkdi. Kremlin sözçüsü bildirdi ki, Rusiyada Ermənistanın özündəkindən çox ermə­ni yaşayır.

Ümumən, bu da görün­dü ki, Peskov özünün, belə demək mümkünsə, anti-Nikol ritorikasında daha çox reallıq­ları dilə gətirməyə, Zaxarova isə sırf həmin reallıqlara uy­ğun cavab motivinə köklənib. Hər bir halda, onların ikisinin də münasibəti dolayısı ilə ilk cümləmizdəki atalar sözünü xatırladır. 

***

Bəli, özü yıxılan ağlama­malıdır. N.Paşinyanın şəxsin­də Ermənistan dövlətinin, bü­tövlükdə, dünya erməniliyinin işi-gücü ağlamaqdır, kimdənsə kömək ummaqdır. Əslində, bu mənzərədə də heç bir yenilik yoxdur. Erməni qövmü tarixən belə olub. Sırtıqlığa bax ki, özünə münasibətdə qəhrə­man, yenilməz obrazını forma­laşdırmağa da cəhd göstərib. Necə ola bilər ki, qəhrəman yalvarır, başqasından mədət umur?.. 

...Erməni qövmü ötən əs­rin 80-90-cı illərində ona-buna yalvara-yalvara, ondan-bun­dan kömək uma-uma Azər­baycan torpaqlarını işğal etdi, bir milyona yaxın həmvətəni­mizi doğma yurd-yuvasından didərgin saldı. Başqalarının böyük kölgəsinə sığınaraq elə bildi ki, öz kölgəsidir. Eyni za­manda, azərbaycanlılarla bağlı alverçi, ticarətçi obrazı yarat­mağa girişdi. Sanki bunlar ali irq, azərbaycanlılar isə ikinci dərəcəli imişlər. Halbuki, tarix bunun əksini deyir. Həmişə er­məni qövmü azərbaycanlıların, ümumən, türklərin əlinin altın­da təbəə qiyafəsində yaşayıb.

Ermənilər ətraflarında həmişə böyük xalqların nü­mayəndələrini görüb, onlara çatmaq arzusunda olublar. Ancaq bunun üçün çalışmağı, səy göstərməyi deyil, təfriqəçi­lik, ziyan, zərər vurmaq yolunu seçiblər. Erməni qövmü böyük bildiyinin yerində olmağın, ona çatmağın düsturunu həmin böyüyü aradan götürməkdə görüb. Çünki xisləti çürükdür. Bu gün də həmin çürük xislət­lilərin nəsilləri alverçi, ticarətçi kimi təqdim edib aşağıladıqla­rı xalqın məğrurluğunu həzm edə bilmirlər. 44 günlük müha­ribə acı bağırsaq kimi dolaşıb əl-qoluna. 

Onu da bildirək ki, tarix boyu erməni millətçiliyinin hərəkətverici qüvvəsi rolunda rus şovinizmi çıxış edib. Hər iki tərəf bir-birinə “xidmət” göstə­rib. SSRİ-nin dağılmasından sonrakı proseslər də rus-ermə­ni işbirliyinin ön planda oldu­ğunu təsdiqlədi. Yəni, torpaq­larımızın işğalı bu “tandem”in anti-bəşəri davranışının nəti­cəsinə çevrildi. Ancaq vaxt-və­də dolandı, ermənilər Rusiya­ya qarşı nankorluğa keçdilər. Necə ki, vaxtilə türklərə dönük çıxmışdılar, eyni əməli ruslara münasibətdə də həyata ke­çirdilər. 2018-ci ildə N.Paşin­yanın hakimiyyətə yiyələndiyi inqilabı reallaşdırdılar, üzlərini Qərbə çevirib demokratlıq id­diasına düşdülər. Əslində isə Rusiyanın hamiliyini bəyənmə­dilər. Qərbi gördülər və bu dəfə çalışdılar ki, bu qütbün ayrı-ay­rı dövlətləri kimi böyük olsun­lar. Özlərində heç bir potensial formalaşdırmadan ermənilik­dən çıxıb, məsələn, fransıza, almana, ingilisə çevrilmək niy­yətinə baş vurdular. 

Ermənilər boz, üzərində heç bir intellektuallıq, dünya­görüşü cizgilərini daşımayan üzlərini Qərbə çevirərkən, guya, keçmişin qalıqlarından qurtururmuş kimi davrandılar. Təxminən belə: “Qarabağ Er­mənistandır və nöqtə”. Özü­nü demokratiyanın qladiatoru sayan Paşinyan elə zənn etdi ki, ona inqilabı gerçəkləşdir­məkdə, rus köləliyindən çıx­maqda yardımçı olan Qərb əməli işə keçib Ermənistanı Azərbaycanla mübarizədə tək buraxmayacaq. Ancaq erməni cəmiyyəti və ictimai rəyi anla­ya bilmədi və bu gün də anla­mır ki, belə yanaşma, yumşaq desək, düzgün deyil. Dünyada çox qruplaşmalar, çox koali­siya və birliklər qeydə alınıb. Onlardan ayrılanlara nankor damğası vurulmayıb. Niyə? Çünki işlərini tədbirli görüblər, siyasət qurublar, düşünüb-da­şınıblar. Erməni xislətinə ha­kim kəsilmiş avantürizm isə düşünməyə imkan tanımır. Həmin avantürizmin bildiyi, şüuruna yerləşdirdiyi yırtıcılıq, amansızlıq və dönüklükdür. 

***

Bəli, həm Zaxarova, həm də Peskov, əslində, məhz er­məni xarakteri üçün müəyyən­ləşdirdiyimiz cizgilərdən irəli gələn məqamları qabartdılar. Güman edirik, onların hər iki­sinin, başqa, kifayət qədər, tutarlı arqumentləri də var idi. Həmin arqumentlərdən istifa­dəyə lüzum görmədilər. Ermə­ni qövmünün anladığı ritorika­nı işə saldılar. Sadəcə, minnət qoydular və aşağıladılar. 

Həm Zaxarova, həm də Peskov, faktiki olaraq, bildir­dilər ki, ermənilərlə anlaşma, razılıq kimi meyarlar yalnız ka­ğız parçasıdır. Onlar, əslində, bu varlığın avantürizmin sər­hədlərini çox geniş götürdü­yün və həmin genişliyə gedib çıxılmayanadək əldə olunmuş bütün sözləşmələri bir kənara atmaq potensialını ifşa etdilər. Onlar, həmçinin göstərdilər ki, siyasət böyüklər üçündür, ki­çiklərin oyuncağı deyil. Ermə­nistanı kiçiltdilər, əski parçası yerinə qoydular. Onlar kiçik­lərin oyuncaqları qırılanda, ağlayaraq böyüklərin üstünə getmələrinin nümunəsi kimi Ermənistanı gördüklərini açıq­ladılar. Peskov və Zaxarova birlikdə onu da dedilər ki, Pa­şinyan söylədikləri ilə uşaqlıq edir. Siyasət isə uşaq meydanı deyil. 

***

Tarixdən o da məlumdur ki, monqollar üç yüz il rusları əsarətdə saxlayıblar. 1380-ci ilin Kulikova döyüşündən sonra vəziyyətin tədricən dəyişməyə doğru getdiyi də məlumdur. Amma ruslar monqolları yalnız güc hesabına yenmədilər. On­lar əvvəlcə düşüncələrindəki monqol qorxusunu yendilər. Bu gün də həmin yenmə üsul­larından biri zərb-məsəl kimi yada salınır. Görürük ki, dü­şüncəsiz key adama “monqol” deyirlər. 

Paşinyan da ruslarla bağ­lı, təxminən, ikincilərin vaxtilə monqollara qarşı istifadə etdi­yi psixoloji gedişə baş vurur. Onun “bir gün ayılacağıq ki, Rusiya Cənubi Qafqazda yox­dur” deyimi, təxminən, eyni effekti verir. Yəni, Nikol Mos­kvanın zəifliyindən dəm vurur. Təsəvvür edin, Ermənistanın baş nazirinin dediyindən belə çıxır ki, Rusiyanın onun ölkə­sinə vermək üçün silahı yetərli deyil. Gülməlidir, deyilmi? 

Ona görə də Peskov Pa­şinyanı yuxudan ayıldır və deyir ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanın əhalisinin sayından çoxdur. Bu, o deməkdir ki, istəsək, Er­mənistanın yerində yeni birini də qurarıq. Peskov belə fikir bildirməklə, eyni zamanda, əlahəzrət tarixi də yada salır. Axı, Ermənistan dövlətçiliyi Rusiyanın layihəsidir. Ermə­niləri Qafqaza köçürən Rusi­ya olub. Hətta, bu layihə üçün vaxtilə İranda səfir olmuş Alek­sandr Qriboyedovun başından da keçiblər. O Qriboyedovun ki, erməni nökərlərdən birinin şah sarayındakı erməni kəniz­lərini də oradan çıxarıb Qafqa­za aparmaq istəyinə görə tikə-parçaya çevrildi. “Ağıldan bəla”nın müəllifi olan səfirin faciəvi sonluğundakı səbəb bir tərəfdən özünün ağılsızlığı, yəni davranışına sərhəd tanı­maması idisə, digər yandan bölgəni daha çox erməniləşdir­mək istəyinin yaratdığı durumu nəzərə almalıyıq. 

Bəli, M.Zaxarova və D.Peskov Ermənistana “ağla­ma” deyirlər. Ancaq dedikləri yalnız bu deyil. Onlar, eyni zamanda, necə deyərlər, sözə qulaq asmadığı üçün ölkəni gözləyən bəlaların anonsunu da verirlər. Zaxarova heç də əbəs yerə bildirmir ki, səhvlərə görə cavab verməyi öyrənmək lazımdır. 44 günlük müharibə­dən sonra Ermənistan rəhbər­liyi, baş nazir Nikol Paşinyan və onun komandası, bir qayda olaraq, səhv edə-edə gedir. İndi də ölkə onların yeni səh­vinin yaşadacağı növbəti xo­şagəlməz aqibətin astanasın­dadır. Amma nə Paşinyan və tərəfdarları, nə də bütövlükdə, erməni cəmiyyəti bunu anlayır. Daha doğrusu, hay cəmiyyəti reallığı anlayamacaq qədər if­licdir. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət