8 ayda “Şahdəniz” və AÇG-dən 5,9 milyard dollar əldə olunub

post-img

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar–avqust aylarında “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” layihələrin­dən əldə etdiyi gəlirləri açıqlayıb. 

Fonddan XQ-yə verilən məlumata görə, hesabat dövründə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” ya­tağından 1 milyard 183 milyon ABŞ dolları həcmində gəlir əldə olunub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35 milyon ABŞ dolları və ya 3,05 faiz çoxdur. Məlumatda qeyd olunur ki, Neft Fonduna daxil olan vəsaitlərin 259,554 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu isə əvvəlki ilin eyni dövrünə nis­bətən 69,13 milyon ABŞ dolları və ya 21 faiz azdır.

Cari ilin 8 ayında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan isə fonda 4 milyard 728 milyon ABŞ dolları məbləğində vəsait daxil olub. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 mil­yard 901 milyon ABŞ dolları və yaxud 28,7 faiz azdır. Xatırladaq ki, ötən ilin 8 ayında Neft Fondu AÇG-dən 6 milyard 629 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

XQ

İqtisadiyyat