“AzərEnerji”nin Xətai layihəsi

post-img

Bakı şəhəri Xətai rayonunun sürətlə artan sənaye və sosial obyektlərinin, o cümlədən “Ağ şəhər” kompleksinin elek-trik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsi, “Bakı” İstilik Elektrik Mərkəzində istehsal olunan enerjinin ötürülməsində məhdudiyyətlərin, həmçinin 110 kV-luq “Əh­mədli” və “8-ci kilometr” ötürmə xətlərində ifrat yüklənmənin aradan qaldırılması məqsədi ilə “AzərEnerji” tərəfindən yeni layihənin icrası həyata keçirilir.

“AzərEnerji” ASC-nin məlumatında daha sonra bildirilir ki, hazırda layihə­nin icrası üzrə 110 kV-luq “Həzi Aslanov” və “Ağ şəhər” yarımstansiyaları arasında yeraltı ikidövrə­li kabel xətlərinin “Bakı” İstilik Elektrik Mərkəzinin 110 kV-luq yarımstansi­yasına giriş-çıxış sxemi ilə qoşulması üzrə işlər davam etdiri­lir. Bu məqsədlə 8 Noyabr prospektində nəqliyyatın hərəkətini dayandırmadan, qismən məhdudlaşdırmaqla işlər aparılır. Pros­pektdə işlər yekunlaşmaq üzrədir.

Paralel olaraq “Bakı” İstilik Elektrik Mərkəzinin 110 kV-luq ya­rımstansiyasında yeni avadanlıqlarla komplektləşdirilmiş 2 yuva quraşdırılır. Nəticədə, 110 kV-luq “Əhmədli”, “Həzi Aslanov”, “Ağ şəhər” yarımstansiyaları ilə “Bakı” İstilik Elektik Mərkəzinin ener­ji halqası yaradılır. Ən əsası isə 8 Noyabr prospektinin estetik görünüşünü gözəlləşdirmək məqsədi ilə “Bakı” İstilik Elektrik Mərkəzi ilə “Həzi Aslanov” yarımstansiyası arasında hazırda mövcud olan yüksək gərginlikli köhnə dayaqlardan ibarət, ümu­milikdə, 1,4 kilometr uzunluqda hava xətti sökülərək ləğv edilə­cək. Həmin hava xətti yeraltı kabel xəttinə keçiriləcək.

XQ

Son xəbərlər