Türkiyənin hərbi qurumları ilə əməkdaşlıq genişlənir

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, hərbi sahədə də uğurla inkişaf etdiyi vur­ğulandı. Metin Gürakın vəzifəyə təyin olunmasından qısa zaman sonra ölkə­mizə səfər etməsinin önəmi qeyd edildi və bu səfərin əməkdaşlığın genişləndi­rilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Azərbaycan və Türkiyənin hərbi qu­rumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edildi.

Görüşdə Azərbaycanın Vətən mü­haribəsində Qələbəsinin önəmi və or­dumuzun bu qələbənin əldə olunma­sında göstərdiyi yüksək peşəkarlığı və qəhrəmanlığı vurğulandı.

AZƏRTAC

Siyasət