“Biz bu torpaqlarda əbədi yaşayacağıq”

post-img

Mənim bir çox xarici həmkarlarımla imzala­dığım sənədlərdə Azərbaycanın ərazi bütövlü­yünə böyük dəstək göstərilib. Avropa İttifaqı ilə imzalanmış Tərəfdaşlıq Prioritetləri Sənə­dində Azərbaycanın ərazi bütövlüyü, suve­renliyi, sərhədlərinin toxunulmazlığı haqqında xüsusi bənd var. Beynəlxalq təşkilatlar, BMT, onun Baş Assambleyası, Təhlükəsizlik Şurası bizim xeyrimizə, yəni ədaləti əks etdirən qət­namələr qəbul ediblər. Qoşulmama Hərəkatı­nın, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qərarlar bizim mövqeyimizi möhkəmləndirir. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Yəni bəzi dairələrin terrorçuları Qarabağda saxlamaq cəhdi baş tutmayacaq

Son günlər Ermənistan rəhbərliyi və onlara “vəkillik edən” bəzi siyasi dairələr Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin hüquqlarını qorumaq bəhanəsilə oradakı minlərlə silahlı terrorçunun ölkəmizin ərazisindən çıxarılmasına mane olmağa çalışırlar. Tarix boyu yalan, uydurma, mif, saxta sənədlərlə yaşayan ermənilərin bu cəhdini başa düşmək olar. Çünki onlar millət kimi həqiqətən xəstədirlər. Bəs Azərbaycanın ərazi bütövlüyünü məhz 1991-ci ildəki şəkildə tanıyan BMT-nin ekspertləri niyə öz təşkilatlarının əleyhinə gedirlər? BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa və Rusiya bu qurumun məlum qətnamələrindən xəbərsizdirlərmi? Əsla yox! Sadəcə, öz maraqlarını BMT maraqlarından üstün tutmağa çalışırlar, vəssalam! 

Nikol Paşinyan və onun komanda­sı bütün beynəlxalq təşkilatlarda, siyasi dairələrdə və aparıcı dövlətlərdə olan riyakarları, ikili standartlarla işləyənləri, hətta hansısa ölkənin ərazisində fəaliiyət göstərən QHT rəhbərlərini və ya özfəa­liyyət qurumlarını Azərbaycana qarşı çıxarmağa çalışırlar ki, Arayik Arutyun­yanın terrorçularının ölkəmizdən çıxarıl­masını əngəlləsinlər. Ancaq anlamırlar ki, siyasət aləmi də coğrafi məkan ki­midir. Konkret məkanda külək həmişə eyni tərəfə əsmədiyi kimi, siyasi aləmdə də proseslər həmişə eyni istiqamətdə getmir. Ermənilər və onların havadarları hələ də anlamırlar ki, Cənubi Qafqazdakı siyasi prosesləri yeni məcraya yönəldə bilən dövlət də var, onun lideri də. Nikol Paşinyana müxalifətdə olan çoxsaylı si­yasətçilər dönə-dönə deyiblər ki, İlham Əliyev nəyi etmək istəyirsə, onu da edə­cək. Anlamayan öz bəxtindən küssün. 

Yeri gəlmişkən, avqustun 9-da İrə­vandan daha bir məlumat aldıq. İşğalçı ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyan öz ölkəsinin rəhbərliyinə xatır­ladır ki, Azərbaycanla danışıqlar prose­sində bizim bircə rıçaqımız qalıb – sülh danışıqları. Başqa yolumuz yoxdur. 

“Armİnfo” xəbər portalı yazır ki, Os­kanyan bu fikirləri özünün xalqa video­müraciətində səsləndirib. Keçmiş baş diplomat xatırladıb ki, indiki şəraitdə sülh danışıqları prosesi xeyli zəifləyib. Çünki Ermənistan rəhbərliyi Azərbaycanın əra­zi bütövlüyünü tanıdığını dəfələrlə təsdiq edib və bu, o deməkdir ki, Qarabağ artıq itirilib. Ancaq Oskanyan ümidlərin ölmə­diyini də deyib. Çünki Ermənistan rəhbər­liyi Azərbaycanın ərazi bütövlüyünü şifa­hi şəkildə tanıyıb. Ona görə danışıqlar prosesinə hələ ümid edə bilərik. Oskan­yanın fikrincə, Nikol Paşinyanın Praqa­da səsləndirdiyi “biz Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıyırıq” – deməsi Azərbaycanın əl-qolunu açıb.

Bəli, işğalçı ölkənin siyasi-diplomatik çöküşü onun hərb meydanında da məğ­lub olmasına gətirib çıxardı. Sonra bey­nəlxalq aləmdəki dəstəkləri kəsildi. Daha sonra isə istənilən istiqamətdəki addım­ları dalana dirəndi. Birinci dalan: Rusiya­nın başı özünün yaratdığı problemlərə qarışdı. Yəni İrəvana hayan olmaq istəyi bir az soyudu. İkinci dalan: Son otuz ildə Ermənistanın daimi himayədarı və nəfəs­verəni olmuş İran indi Türkiyə amilinə görə gündə bir addım geri çəkilir. Rəsmi Tehran Ermənistanın məğlubiyyətindən sonra milyard dollarlarla iqtisadi itkiyə məruz qalsa da, daha əvvəlki kimi ermə­nipərəst ola bilmir. Üçüncü dalan: Nikol Paşinyana doğma bacı-qardaşdan da yaxın görünən Emmanuel Makron son zamanlar “Mən bacardığımı etdim, indi zaman başqadır” – bəhanəsi ilə Ermənis­tanı ortada tək qoydu. Dördüncü dalan: Azərbaycanın iqtisadi imkanlarından, təbii sərvətlərindən və geosiyasi – üs­tünlüklərindən maksimum dərəcədə bəh­rələnməyə çalışan Avropa özgə torpaq­larında yaradılmış oyuncaq Ermənistan dövləti ilə bir o qədər də maraqlanmağa cəhd etmir. 

Bütün bunlar günün reallıqlarıdır və təbii ki, Ermənistan rəhbərliyi hər şeydən xəbərdardır, ancaq yenə də anti-Azər­baycan koalisiya yaratmaq istəyindən əl çəkmir. Yeri gəlmişkən, ermənilərin bir gün “Artsax respublikası”, o biri gün “Dağlıq Qarabağ respublikası” dedikləri ərazinin tarixi Azərbaycan torpaqları ol­duğunu bilməyən yoxdursa, onda rəsmi İrəvan Azərbaycandan hansı güzəştləri gözləyir? Üstəlik, ermənilər onu da yax­şı bilirlər ki, Prezident İlham Əliyevin dəfələrlə təkrarladığı “Ərazi bütövlüyü məsələsi heç zaman danışıqların mövzu­su olmayıb, deyil və olmayacaq!” – qə­tiyyəti elə-belə söz deyil. Bu, həqiqətdir. Ona görə də Ermənistanın beynəlxalq aləmdə elan etdiyi anti-Azərbaycan iş­birliyi haqqında səfərbərlik heç bir nəticə verməyəcək. 

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin fevralında Ağdama səfəri zama­nı demişdi ki, Ermənistanla Azərbay­can arasında sülh müqaviləsi olmalıdır: “Beynəlxalq hüququn norma və prinsip­ləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır... Biz öz torpa­ğımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbay­candır!” 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət