Xankəndidə bayrağımızı sancacağımız yer hazırdır

post-img

Azərbaycan sülh istəyir, amma qonşusu Ermənistan olan ölkə müharibə ola biləcəyini də unutmamalıdır

Hazırda Qarabağda yaranmış vəziyyəti, sadəcə, anomal adlandırmaq olar. Bu anomallığı şərtləndirən əsas amillərdən biri burada yaşayan ermənilərin özlərindən asılı olmayan qeyri-müəyyən vəziyyətə düşmələridir. Onların bu duruma düşmələrinin səbəbkarı isə “mənzil-qərargahı” Xankəndidə yerləşən separatçı xunta rejimidir. Daxildən çatları görünməyə başlamış rejim özünün utopik və ümidsiz ideyaları naminə həmin sıravi ermənilərdən girov kimi istifadə edir. 

Bu, eləcə də Qarabağ er­mənilərini gözləyən aqibət, bölgədə maraqları toqquşan tərəflərin sərgilədiyi davra­nışların motivləri və model­ləri, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə “Euronews” televiziyasına müsahibəsində regionun sa­kinlərinə müraciətinin əhə­miyyəti barədə “Caliber.Az” saytının əməkdaşı Orxan Amaşovun şərhinin tər­cüməsini yüngül improvizə ilə oxucularımızla bölüşmək qərarına gəldik.

Analitik qeydlərin müəllifi hesab edir ki, Arutyunyan və onun separatçı qrup­laşmasının yuxarı eşolonu getdikcə daha çıxılmaz situasiya ilə üzləşmək məcburiyyətində qalıblar. Azərbayca­nın suveren ərazisində hələlik fiziki olaraq qalmış bu “çete”nin hərbi və si­yasi resursları tükənmək üzrədir. Bu il aprelin 23-də şərti sərhəddə – Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərindəki körpüdə Azərbaycanın özü­nün nəzarət-buraxılış məntəqəsini ya­ratması həm Xankəndidəki qondarma rejimə, həm də ərazimizi tərk etməyə tələsməyən daşnak-separatçılara en­dirilən “şok-zərbə” oldu. Onlar bundan sonra avantüralarının “yeriməyəcəyini”, sərbəst hərəkət etməyin mümkünsüz­lüyünü tədricən anlamağa başladılar. Həqiqətən, sərhəddə post qurulandan sonra bu qanunsuz rejim hər tərəfdən və hər şeydən təcrid olundu. Amma ona dəstək verən bir neçə amil hələ də qalmaqdadır ki, onlar əbəs yerə bölgə­də situasiyanın dəyişilə biləcəyinə “cə­sarətli ümid” bəsləyirlər. 

Kreml gec-tez seçim etməli olacaq 

Rusiyanın, bir qayda olaraq, post­sovet məkanındakı bəzi münaqişə ocaqlarında gizli motivlərə malik ol­duğuna diqqəti yönəldən analitikə görə, Xankəndidəki separatçılara mü­vəqqəti fiziki müdafiə ilə müşayiət olu­nan mənəvi dəstək verən Moskvanın məqsədi Qarabağda hərbi iştirakını davam etdirmək və bütövlükdə, Cə­nubi Qafqaz üzərində nəzarəti əlində saxlamaq istəyi ilə bağlıdır. İntəhası, Kremlin “öz qoşunlarını bölgədə sax­lamaq” və Azərbaycanla hərtərəfli və çoxplanlı dostluq münasibətlərinə xələl gətirməmək arasında seçim dilemması yaranacağı təqdirdə, ondan son qərar üçün məntiqli və səmərəli yanaşma tələb olunacaq. Ukraynada vəziyyətin daha da gərginləşdiyi, bütün diqqətini cəmləşdirdiyi cəbhədə durumun arzue­dilən səviyyədə sayılmadığı indiki şəra­itdə Bakını bundan artıq qıcıqlandırmaq Moskvaya qətiyyən lazım deyil. Başqa sözlə desək, əgər biz Qarabağda hərbi kontingentə malik olmaqla “nüfuz” üs­tünlüyünü kommunikasiyaların açılma­sı və buna bağlı digər sahələrdə əldə edəcəyi iqtisadi faydanı qarşı-qarşıya qoysaq, çox güman ki, Moskva özünün dumanlı imperiya ambisiyalarına deyil, soyuq diplomatik məntiqə söykənərək düzgün seçim edəcək. Hər halda ha­disələrin cərəyan dinamikası bundan xəbər verir. 

Sözünü əmələ çevirə bilməyən İrəvan

Hazırda Ermənistan hakimiyyəti Xankəndidəki separatçı xunta rejiminə Azərbaycanın qanuni tələblərini yerinə yetirməsi üçün təsir göstərməyi ya ba­carmır, ya da bunu istəmir. Paşinyan deyəndə ki, Ermənistan, bütün suve­ren dövlətlər kimi, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımağa hazırdır və Qarabağ erməniləri öz problemlərini Bakı ilə həll etməlidirlər. Bu, bir qədər qəribə səslənir. Həm də onun bu sözlə­rinin altında real iş, hərəkət dayanmadı­ğına görə səmimiyətdən uzaq görünür. Bu, azmış kimi, Paşinyan hökuməti­nin separatçı rejimi humanitar yükləri Ağdamdan qəbul etməyə inandırmaq əvəzinə, Bakı ilə razılaşdırmadan, “tır” karvanını şərti sərhəd istiqamətinə gön­dərməsi gərginliyi daha da artırıb. 

Bundan savayı, Qarabağ ermə­nilərinin “hüquq və təhlükəsizliyi” ilə bağlı məsələnin həlli üçün beynəlxalq mexanizmin yaradılmasında təkid edən İrəvan Rusiyaya Bakı və Xankəndi arasında daxili dialoqu ləngitmək üçün əlavə bəhanələr vermiş olur. Beləliklə, Rusiyanın “gözlə görünməyən” motivlə­ri ilə Ermənistan rəhbərliyində iradənin və cürətin olmaması Qarabağdakı se­paratçıları bir növ ümidləndirir. Nəinki ümidləndirir, hətta mükafatlandırır. Qa­rabağda separatçı əhval-ruhiyyəni yük­sək səviyyədə qoruyub saxlamaqdan ötrü Rusiya və Ermənistandan başqa oyunun digər aktorları, misal üçün, Fransa da öz “töhfəsini” verməkdədir. 

Ümumiyyətlə, Qərbdən danışan­da onu da qeyd etmək lazımdır ki, bu düşərgə daxili fikir ayrılıqları və haki­miyyət uğrunda mübarizə ucbatından heç də monolit deyil. Onların arasında ikiüzlülər kifayət qədərdir ki, bu da bizə heç sərf eləmir. Hərçənd Ermənistan–Azərbaycan sülh prosesində Brüsselin və Vaşinqtonun dövlətlərin ərazi bü­tövlüyünün və suverenliyinin qarşılıqlı tanınması konsepsiyasına söykənən birgə və davamlı səylərini Bakı təqdir et­məkdədir. Doğrudur, əgər ümumi mən­zərəyə nəzər yetirəndə bəzi yanlışlıqları və natamamlıqları görmək mümkündür. Tərəflərə münasibətdə bəzən ikili stan­dartların da izini müşahidə etmək olar.

* * * 

Beynəlxalq məsələlər üzrə şərh­çi Orxan Amaşov Qarabağ ermənilə­rinə münasibətdə müxtəlif aktorların məsələyə yanaşma və niyyətləri barə­də diskussiyanı davam etdirərək bildirir ki, bölgədə əsas oyunçu bütün bu ha­disələrin suveren ərazisində baş verdiyi Azərbaycandır. Bəs Bakı indiki durum­da nəyə nail olmağa çalışır? Bu sual yalnız humanitar yardımın çatdırılacağı marşrutla deyil, həm də çoxlu sayda di­gər məsələlərlə bağlıdır. 

Bu yaxınlarda Şuşada “Euronews”a müsahibəsində Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan cəmiyyətinin bir hissəsi kimi, Qarabağ ermənilərinə “təhlükəsizlik və hüquqi təminat, o cüm­lədən, təhsil, mədəni, dini, bələdiyyə” təminatı təqdim olunacaq. Əslinə qalsa, bu, nəinki qəbuledilən, eyni zamanda, olduqca səxavətli, qarşı tərəfdən düz­gün qiymətləndirmə tələb edən təklifdir. Cənab Prezident həmin müsahibəsində qəti və birmənalı şəkildə onu da hamı­nın nəzərinə çatdırdı ki, o, dediyi sözün arxasında durmağı bacaran adamdır. Biz və qarşı tərəf bunun dəfələrlə can­lı şahidi olmuşuq. Məgər İlham Əliyev 2020-ci ildə Ermənistanla müharibə ərəfəsində demirdimi ki, Azərbaycan işğal altındakı torpaqlarını düşməndən azad edəcək və özünün ərazi bütövlü­yünü bərpa edəcək? Dedi və həyata ke­çirdi. Çünki bu vəzifə onun fəaliyyətinin başlıca missiyası idi və həmin missiyanı şərəflə yerinə yetirdi. Məgər o demirdi­mi ki, Laçın yolunun başlanğıcında sər­həd nəzarət-buraxılış məntəqəsinin qu­rulması suveren Azərbaycanın qanuni haqqıdır və bunu edəcək? Onun dediyi baş verdimi? Baş verdi! Dövlətimizin başçısı, həmçinin deyir ki, Xankəndidə Azərbaycanın üçrəngli bayrağı dalğa­lanacaq, orada qalıb yaşamağa qə­rar verən erməni sakinlər Azərbaycan vətəndaşının bütün konstitusion hüquq­larından istifadə edəcəklər. 

Azərbaycan Prezidentinin sonuncu dediyi sözün əmələ çevrilməsi güman etdiyimizdən də tez baş verə bilər. Çün­ki, o, həmişə sözünü konkret işlə mö­hürləməyə vərdiş etmiş liderdir. Hesab edirik ki, buna ermənilər də, kənar ak­torlar da artıq əmin olublar. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

Siyasət