Hikmət Hacıyev: Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa son qoymalıdır

post-img

“Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə Azərbaycanın Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiyaya, manipulyasiya oyunlarına və təbliğat kampaniyasına son qoymalıdır”.

“Xalq qəzeti” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter"də yazıb.

O bildirib ki, Ağdam-Xankəndi yolu hər növ daşınma üçün açıqdır.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan daha əvvəl Azərbaycanın beynəlxalq ictimaiyyəti aldatdığını iddia etmişdi.

“Xalq qəzeti”

Siyasət