DSX-dən Ermənistana xəbərdarlıq

post-img

Əldə edilmiş məlumata əsasən Ermənistan tərəfindən 26 iyulda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırılır. 

Bu barədə Dövlət Sərhədi Xidmətin­dən bildirilib.

“Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərgin­ləşməsinə xidmət edən əməllərdən çə­kinməyə çağırırıq.

Bir daha bildiririk ki, mümkün təxri­bat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzə­rinə düşəcəkdir", – məlumatda bildirilir. 

“Xalq qəzeti”

Siyasət