XİN QH-nin Bakı Toplantısı barədə məlumat yayıb

post-img

İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

“Azərbaycan 120 üzv dövlət, 18 mü­şahidəçi dövlət və 10 Beynəlxalq Təşki­latın daxil olduğu Qoşulmama Hərəka­tının tarixində mühüm rol oynamışdır”, – məlumatda qeyd edilib.

Bildirilib ki, Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənəd­lərin, o cümlədən, Bakı Bəyannaməsi­nin qəbulu məsələsinə baxılacaq.

Siyasət