Tacikistan Prezidenti Emoməli Rəhmonun sərəncamına əsasən, Abdurahmon İlhom Barotzoda bu ölkənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, Tacikistan və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il mayın 29-da qurulub. Azərbaycanın Düşənbədəki nümayəndəliyi 2007-ci il sentyabrın 22-də açılıb. Tacikistanın Bakıdakı səfirliyi isə 2008-ci il martın 23-dən fəaliyyət göstərir.