Ölkəmizdə dərmanlar ucuzlaşacaqmı?

post-img

Əsas məqsəd ölkəmizdə dərmanların qiymətlərinin və keyfiyyətinin beynəlxalq standartlara uyğun tənzimlənməsinə asanlıqla nəzarət etmək olacaq. Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov “Dərman vasitələri haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklə bağlı mediaya açıqlamasında bildirib. 

Deputat daha sonra qeyd edib ki, əs­lində, qanun layihəsindəki yeniliklərdən biri idxal olunan dərman vasitələrinin qiy­mətinin optimallaşdırılmasıdır. Belə olan halda dərmanların qiymətlərinin və key­fiyyətinin beynəlxalq standartlara uyğun tənzimlənməsinə asanlıqla nəzarət etmək olacaq.

Komitə sədrinin müavini bildirib ki, qa­nuna dəyişikliklərin müsbət tərəflərindən biri də xaricdə istehsal olunan dərmanla­rın sadələşdirilmiş şəkildə ölkəyə gətiril­məsidir. 

“Xalq qəzeti”

Sosial həyat