Qərbi Azərbaycan İcmasının yarımillik hesabatı

post-img

Qərbi Azərbaycan İcmasının 6 aylıq hesabatı dinlənilib. İcmanın mətbuat xidmətindən redaksiyamıza bildirilib ki, Qərbi Azərbaycan İcmasının 2023-cü ilin birinci yarısına dair fəaliyyəti ilə bağlı İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbər məlumat verib. 

İcma rəhbəri qeyd edib ki, qurumun 6 aylıq fəaliyyətində ən parlaq səhifə ötən il dekabrın 24-də Prezident İlham Əliyevin bir qrup ziyalı ilə görüşü olub. Dövlətimi­zin başçısı bu görüşdə Qərbi azərbaycan­lıları qədim yurd yerlərinə qayıdışla bağlı mübarizəyə ruhlandıran çıxışı zamanı həm də İcmanın əsas sənədi olan kon­sepsiyanın hazırlanmasına dair mülahizə və tövsiyyələrini səsləndirib. Bu istiqamət­də dərhal hazırlıqlara başlanılıb və ictima­iyyətin də geniş iştirakı ilə hazırlanan Qa­yıdış Konsepsiyası bu il yanvarın 26-da qəbul edilib. 

Sonra İcmanın ölkə daxilində və bey­nəlxalq istiqamətdə fəaliyyətinə dair geniş təqdimat olub, keçirilən iclaslara, mühüm tədbirlərə toxunulub. Göstərilib ki, İcma­nın tərkibində elm komissiyasının yara­dılması, bölgələrdə nümayəndəliklərin fəaliyyətə başlaması, rayon və kənd ic­malarının toplantılarının keçirilməsi təşki­latlanma prosesində mühüm rol oynayır. 

Xarici əlaqələrə toxunan Əziz Ələk­bərli Qayıdış Konsepsiyası da daxil ol­maqla, İcmanın BMT-də 4 sənədinin rəs­mi surətdə yayıldığını vurğulayıb, nüfuzlu beynəlxalq təşkilatlara edilən müraciətlər, onlardan geri alınan cavablar (UNESCO, Aİ) barədə danışıb. O, Berlində İcma­nın rəhbər heyəti ilə dünyanın müxtəlif yerlərində yaşayan Qərbi azərbaycanlı soydaşlarımızın görüşündən bəhs edib. İdarə heyətinin sədri bildirib ki, İcmanın beynəlxalq istiqamətdə fəaliyyətinin əsas məqsədi soydaşlarımızın doğma torpaq­larına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir. 

Sonra İcma sədrinin müavini, depu­tat Hikmət Babaoğlu, Müşahidə Şurası­nın sədri Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, deputat Əhliman Əmi­raslanov, Nəzarət-təftiş komissiyasının sədri Vahid Novruzov, Qadınlar Şurası­nın sədri, deputat Məlahət İbrahimqızı, Gənclər Birliyinin sədri, deputat Ramin Məmmədov və Ziyalılar Şurasının sədr müavini Fərrux Rüstəmov hesabatı yük­sək dəyərləndirərək Qərbi Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılması istiqamətində görüləcək iş­lərə toxunublar. 

“Xalq qəzeti”

 

Son xəbərlər