Nazir Laçın yolunu açmaq üçün Azərbaycanın şərtini açıqlayıb

post-img

Xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşüb.

Söhbət zamanı Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəa­liyyəti məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Laçın sər­həd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqə­dar bildirib ki, məntəqə təsis edilən­dən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel ta­rixindən yüzlərlə erməni sakinin keçidi təmin olunub. Erməni sakinlərlə sər­hədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixin­də keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxı­lış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.

Azərbaycan tərəfinin hal-hazırda sər­həd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın bu hücu­munu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrar­lanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.

Qeyd edilən zəruri tədbirlər görül­məklə yanaşı, BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yarat­mağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib. Mövcud vəziyyətlə əlaqədar, Erməni sakinlərin digər tədarük ehtiyac­larına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam–Xankəndi yo­lundan istifadə etməklə yardım göstər­mək imkanının mövcud olduğu qeyd edilib.

Görüş zamanı, eyni zamanda digər qarşılıqlı maraq doğuran məsələlər ət­rafında fikir mübadiləsi aparılıb.

“Xalq qəzeti”

Siyasət