“Holland pendiri” və Ermənistandakı “donuz ferması”

post-img

Müstəqillik dövrü Azərbaycan kino sənətinin şah əsərlərindən sayılan “Bəxt üzüyü” filmində baş qəhrəman Moşunun dilindən məxsusi formada sələnmiş, onun qorxmadığını ifadə edən və artıq ölkəmizdə zərb-məsələ çevrilmiş bir ifadə var: “Ayə, qoymuyun, ayə, a millət, üstümə İrasim gə­ler”. 

Azərbaycan–Ermənistan münasibət­lərinin tənzimlənməsi və sülh prosesin­də meydana çıxan müxtəlif əndərəbadi məqamları nəzərə alaraq, hazırda bir çoxlarına Moşunun dili ilə müraciət etmək mümkündür. Bu kateqoriyadan olanlar sı­rasına Hollandiyanın sabiq deputatları da qoşuldular. 

Əslində sabiqlərin nə dediklərinə cid­di yanaşmaq, bəlkə bir o qədər yerinə düşmür. Hərçənd, nəzərə alaq ki, hər şey beləcə, təxminən bir dəlinin quyuya daş atması ilə başlayır. Deməli, məsələyə önəm vermək lazımdır. İndiki məqamda daşı quyudan çıxarmağa ehtiyac yoxdur. Sadəcə, daşı atana yerini bildirmək şərt­dir. 

***

Bəli, hollandiyalı sabiq deputatların söylədiklərinə diqqətlə yanaşmaq zəru­ridir və görək dedikləri nədir. Əlqərəz, eks parlamentarilərin bir qrupu bəyanat verərək, ölkə hökumətini, o cümlədən, beynəlxalq strukturları Qarabağa sülh­məramlı missiya göndərməyə çağırıb. Ancaq sənəddə vurğulanan yalnız bu deyil...

Mövcud xüsusdakı üzərində dayanıl­malı ilk məqam erməni mediasının “sa­biqlərin” bəyanatını geniş yaymasıdır. Məlum olduğu kimi, Azərbaycan–Ermə­nistan münasibətləri baxımından sülh gündəliyi aktual olsa da, hazırda hay cəmiyyətinin bu ab-havadan uzaqlığı gö­rünməkdədir. Hər halda, sülh istəməyən­lərin səslərinin daha çox çıxdığına dair oturuşmuş qənaət var və onlar ən müxtə­lif məsələləri ortaya atırlar ki, baş nazir Nikol Paşinyanın Azərbaycanın Qara­bağ da daxil olmaqla, 86,6 min kvadrat­kilometr ərazidə suveren hüquqularını tanıması ilə bağlı dedikləri əhəmiyyətini itirsin, nəticədə nizamlama prosesi yeni reallıqlar qazansın. Bu, daim spekulyativ mövqe tutan Ermənistan hakimiyyətinin ürəyincədir. Nəhayət, erməni iqtidarı­nın da Qarabağ mövzusundakı müxtəlif məsələlər, o cümlədən ərazidə yaşayan erməni əhalinin hüquq və təhlükəsizliyi müstəvisində manipulyasiyalara baş vur­duğu aşkardır. 

***

İkincisi. Qarabağda rus hərbçiləri var. Azərbaycan və Ermənistan sülh müqa­viləsi bağlayacağı təqdirdə, onların orada qalmaları mənasız şəkil alacaq. Nəzərə alaq ki, hazırda Rusiyadakı bəzi qüvvələr Qarabağın erməni əhalisinin rusmeyilli olmasına dair rəy formalaşdırırlar. Onlar bu xüsusda həmin sülhməramlı rus hərbi kontingentinin mövcudluğunun uzadıl­masına, bir növ, qanunauyğunluq libası geyindirirlər. Bu işə ölkənin ekspert ca­meəsi də kifayət qədər böyük əzmlə gi­rişir. Belə təəssürat yaranır ki, Qarabağı ayrıca Rusiya məntəqəsi kimi görürlər. Yəni, Moskvada kimlərsə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, ölkələrin bir-birilərinin ərazi bütövlüklərini qarşılıqlı şəkildə tanımala­rı belə, rus qoşunlarının bölgəni tərk et­mələri üçün əsas saymırlar. Bəs, demək mümkündürmü ki, bu meyil erməni avan­türizmi üçün xeyirlidir? Sual ritorikdir, çünki cavabı məlumdur.

Ermənistan hakimiyyəti məsələyə iki aspektdən yanaşır. Birincisi, əgər Qa­rabağ Ermənistanın olmayacaqsa, heç Azərbaycanın da olmasın və mövcud istiqamətdə Rusiyanı da ön planda da­yanması vacibdir. Digər tərəfdən, Qa­rabağdakı rus sülhməramlıları Cənubi Qafqazda rus hərbi faktorudur ki, bunu da Qərb daiərələri heç cür məqbul say­mırlar. Unutmaq olmaz ki, həmin dairələ­rin hazırkı erməni iqtidarına təsirləri bö­yükdür. Nəticəyə gəlirik ki, Hollandiyanın eks deputatlarının dövriyyəyə buraxdıq­ları məsələ – Qarabağa beynəlxalq sülh­məramlı missiya göndərilməsi, şübhəsiz ki, anti-Moskva ovqatının da siyasi məh­suludur. Deməli, holland eksləri, belə demək mümkünsə, “xodlayanlar” xaric­dəki erməni lobbisi və diasporudur. Qara­bağda beynəlxalq sülhməramlı qüvvələ­rin olması bölgəni qeyri-müəyyən şəkildə saxlamaq xətti götürmüş baş nazir Nikol Paşinyanın administrasiyasına sərfəlidir. Yəni, erməni iqtidarı rus sülhməramlı­larındansa, xarici qüvvələri üstün tutur. Hərçənd, əvvəllər Paşinyan Qarabağda­kı Rusiya sülhməramlılarının yalnız 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəya­natla müəyyənləşmiş və qeyri-müəyyən xarakter daşıyan mandatının 10, hətta 20 il uzadılmasından dəm vururdu. Tutar qatıq, tutmaz ayran. Burada İrəvan üçün beynəlxalq sülhməramlı missiya qatıqdır, rus sülhməramlıları isə ayran. Bir sözlə, necə olursa-olsun, Azərbaycanın Qara­bağda tam nəzarəti olmasın. 

***

Üçüncü məqama keçid alaq. Hol­landiyalı keçmiş deputatlar Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıma­sına dair bəyanatına fokuslanaraq bildi­rirlər ki, belə olan təqdirdə Qarabağda erməni əhalinin təhlükəsizliyi məsələsi önəmlidir. Əlbəttə, onlara Azərbaycanın təhlükəsizlik təminatları kifayət sayılmır. Beynəlxalq sülhməramlılar da məhz buna görə və deməli, Ermənistanın spe­kulyativ yanaşmasının davamalılığı nöq­teyi-nəzərdən lazımdır. 

Həm də ona görə lazımdır ki, Avropa üçün Rusiya sülhməramlılarının fəaliy­yəti Qarabağ ermənilərinin təhlükəsizliyi baxımından yetərli hesab edilmir. Yada salaq ki, rəsmi İrəvan son zamanlar təh­lükəsizlik məsələsini qaldıran zaman rus sülhməramlıları faktorunu görməzdən gəlir, bir qayda olaraq, hansısa bey­nəlxalq təminat mexanizmindən söhbət açır. Buyurun, holland eks deputatlar hə­min təminatı ictimailəşdirməyə girişiblər. 

Əlbəttə, hollandiyalı sabiqlərin bə­yanatının aşkar ermənipərəst mövqe nümayişinə hesablandığı gün kimi or­tadadır. Onlar üçün Qarabağ keçmişdə olduğu kimi, muxtar ərazidir, üstəlik həm də “Dağlıq Qarabağ” adlı ayrıca vahiddir. Bəyanatda bu baxışı təsdiqləyən “Art­sax”, “Laçın yolunun açılması” kimi ifa­dələr var. Azərbaycanın Laçın–Xankəndi yolundakı sərhəddə qurduğu nəzarət-bu­raxılış məntəqəsindən rahat şəkildə ke­çib Ermənistana gedənlərin olduğu hal­da, sənəddə bunun nəzərə alınmaması və yolun bağlı qaldığının vurğulanması kimi sarsaq motiv də diqqət çəkməkdədir. Görünür, erməni təbliğat maşını köhnə tezisi saqqız kimi çeynəməkdədir, halbu­ki saqqız çoxdan çürüyüb.

***

Gələk, hollandiyalı keçmiş parlamen­tarilərin bəyanatındakı ən vacib məqama. Onlar Qarabağa beynəlxalq sülhməram­lıların yeridilməsinin vacibliyini əsaslan­dırarkən, vurğulayırlar ki, demokrat Pa­şinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqda, sən demə, nəinki riskə gedib, həm də sülh yolunda mühüm addım atıb. “Avropa İttifaqının, ATƏT-in, ABŞ-ın və Rusiyanın BMT-nin köməyi ilə sülhə gedən bu müqəddiməni dəstəkləmək, müəyyənləşdirmək və həyata keçirmək üçün vaxt yetişib. Bu, “Artsax” nümayən­dələrinin müzakirədə faktiki iştirakı olma­dan mümkün deyil. Hamımız başa düşü­rük ki, bu çətin sualdır, lakin çox böyük əhəmiyyət kəsb edir. Beynəlxalq iştirak­sız sülh prosesinin uğursuzluğa məhkum olduğu faktı ilə üzləşməkdəyik”, – deyən hollandların bəyanatının, loru dildə desək, mustafası odur ki, guya Azər­baycan qeyri-demokratik ölkədir, buna görə onun Qarabağ erməniləri ilə bağlı hüquq təminatı etibarsızdır. Deməli, necə deyərlər, xoruzun quyruğu göründü. Mə­lum oldu ki, dünyanın ənənəvi anti-Azər­baycan stereotipləri Azərbaycan–Ermə­nistan münasibətləri və sülh gündəliyi zəminində də dövriyyəyə soxulur. Daha doğrusu, soxuşdurulur. 

Bəyanatda bildirilir ki, guya Azərbay­can İnsan Azadlığı İndeksində çox aşağı yer tutur. Belə indekslərin, reytinqlərin hansı “parametrlər” üzrə müəyyənləşdiyi heç kəsə sirr deyil. Qeyd edək ki, bu gün­lərdə Beynəlxalq Əmək Təşkilatı, “Walk Free” Fondu və Beynəlxalq Miqrasiya təşkilatı da birgə “Qlobal köləlik indeksi” adlı hesabat hazırlayaraq, Ermənista­nı Azərbaycandan daha azad ölkə kimi göstərmişdi ki, heç şübhəsiz, belə bir rəyə gəlinməsi ölkəmizə qarşı qərəzin növbəti nümunəsidir. İndi hollandların da fikrincə, Ermənistan tam hüquqlu demok­ratik ölkədir və Aİ ilə tərəfdaşlıq edir. An­caq: “Baxmayaraq ki, Azərbaycanın xü­susən enerji sektorunda qurumla iqtisadi əlaqələri var, bu, onu etibarlı tərəfdaşa çevirmir”.

Əlbəttə, hollandiyalı sabiq parlamen­tarilərin Azərbaycanın Aİ üçün nə qədər ciddi önəm daşıdığını bilməmələri müm­kündür. Onların çoxu pensionerdir, müəy­yən hissəsi geydir, başları qarışıb sevgi­lilərinə. Bəlkə də belə sarsaq bəyanatın mətnindən xəbərləri heç yoxdur. Erməni lobbisi hansı sənədi qondarıbsa, nəyinsə müqabilində gəlib altına imza atıb ge­diblər. Əsil məsələ bəyanatdakı ənənəvi “stereotiplərdir”. O stereotiplər ki, onları Ermənistanın baş naziri Nikol Paşinyan mütəmadi şəkildə gündəmə gətirir. 

Nikol, xüsusən, xaricdəki çıxışlarında ölkəsini Cənubi Qafqazda demokratiya qalası kimi təqdim edir və Azərbaycanla münasibətlər kontekstində ortaya qoydu­ğu destrutiv mövqenin demokratiyanın müdafiəsinin vacibliyi kimi pərdələməyə çalışır. Yeri gəlmişkən, vurğulayaq ki, Pa­şinyan vaxtilə “Qarabağ Ermənistandır nöqtə” bəyanatı verəndə də, “yeni əra­zilər uğrunda yeni müharibə” ideyasını uyduranda da elə düşünmüşdü ki, bey­nəlxalq ictimaiyyəti bu sayaq avantüra­ları Ermənistan demokratiyasını dəstək­ləmək məntiqi ilə müdafiə edəcəkdir. Onun başlatdığı 44 günlük müharibə isə “demokratiya qladiatorunun” ağır və rüs­yavçı məğlubiyyəti ilə sona çatdı. 

***

Belə nəticəyə gəlirik ki, belə demək mümkünsə, “hollandski pendir”, eyni za­manda, Ermənistandakı “donuz ferma­sında” istehsal olunur. Axı, ölkə hakimiy­yətinin xaricdəki erməni lobbi və diaspor təşkilatları ilə əlbirliyi, kifayət qədər eh­kamçı mahiyyət daşımaqdadır. İkincilə­rin birincini təhqir səviyyəsinə çatacaq dərəcədə tənqid etməsi reallığı olsa da, ümumi ambisiyalar onlara gey və pen­sioner ekslərin Hollandiya hökumətinə anti-Azərbaycan çağırışı ünvanlatdırma­larına maneçilik törətmir. 

Sonda qeyd edək ki, hollandiyalı keç­miş deputatlar yerli hökumətin Qarabağa BMT-nin və ya ATƏT-in müşahidəçi mis­siyasını, yaxud beynəlxalq sülhməram­lı missiyanı göndərmək istiqamətində təşəbbüs göstərməli olduğunu vurğula­yarkən, bunun üçün rəsmi Bakıya təzyiqi də vacib sayırlar. “O zaman bəlli olacaq ki, Əliyev sülh istəyir, yoxsa yalnız mü­haribə məqsədi güdür” kimi yaramaz fikirlərin əksini tapdığı bəyanatda Azər­baycanın sülh istəyinin şübhələndirilməsi isə onu göstərir ki, dünya erməniliyi Er­mənistan hakimiyyəti ilə birləşərək, Cə­nubi Qafqazda normal mühitin formalaş­masına əngəl yaratmaq niyyəti güdür. Bu məqam birincinin və ikincinin Rusiyadakı anti-Azərbaycançı avantürist siyasi kə­simlə müəyyən ortaq nöqtəsi sayıla bilər. Nəzərə alaq ki, tərəflərin heç biri ölkə­mizin Qarabağda tam yurisdiksiyasının bərpa olunmasını arzulamır və mövcud istiqamətdə müxtəlif qeyri-real və qəbu­ledilməz məsələləri gündəmə gətirməklə, necə deyərlər, Bakının əsəbini tarıma, səbr kasasını sınağa çəkirlər. Ancaq unu­durlar ki, səbr və təmkin bir yerə qədərdir. “Dəmir yumruq” hər zaman yerindədir. Moşunun təbirincə dedikdə isə, üstü­müzə İrasimin gəlməsindən qorxmuruq. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət