Tarixi yaddaş güclü mənəvi silahdır

post-img

AMEA Naxçıvan bölməsində keçirilən “Qərbi Azərbaycan mədəni-ədəbi mühiti: öyrənilməsi və qarşıda duran vəzifələr” mövzusunda elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ötən il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olduğunu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdüyünü xatırladıb. 

Alim qeyd edib ki, həmin görüşdə ölkə başçısının da dediyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımız­dır, bunu bir çox tarixi sənədlər tarixi xəritələr tariximiz təsdiqləyir. Ötən əsrin əvvəllərindən başlayaraq, soy­daşlarımız bu ərazilərdən deporta­siya ediliblər. Dövlətimiz tərəfindən Qərbi azərbaycanlıların hüquqlarının bərpası və onların öz doğma torpaq­larına qayıtması məqsədilə mühüm işlər görülür. 

Bildirilib ki, ötən il Qərbi Azərbay­can İcması yaradılıb, bu il isə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqlənib. Konsepsiyanın məqsədi indiki Ermənistan ərazisindən qovul­muş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək­dir. AMEA Naxçıvan bölməsini sədri qeyd edib ki, bütün bunlarla bağlı muxtar respublikada Qərbi Azərbay­canla bağlı bir sıra tədbirlərin keçiril­məsi nəzərdə tutulub.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Əbülfəz Qu­liyev “İrəvan mədəni-ədəbi mühiti” mövzusunda çıxış edərək bildirib ki, ermənilərin azərbaycanlılara qarşı dövlət səviyyəsində apardığı soyqı­rımı və deportasiya siyasəti İrəvanın ictimai-siyasi, ədəbi-mədəni mühitinə də böyük zərbə vurub. Tarix boyu İrə­vanda, o cümlədən Qərbi Azərbay­canda azərbaycanlılara məxsus olan maddi - mənəvi mədəniyyət abidələ­ri, o cümlədən, İrəvan qalası, Sərdar sarayı dağıdılıb. 

Qeyd edilib ki, İrəvan ziyalıları­nın XX əsrin 20–50-ci illərində top­ladıqları folklor nümunələrinin böyük əksəriyyəti itib-batıb, dövrümüzə gə­lib çatmayıb. Sovet hakimiyyəti illərin­də İrəvanda Azərbaycan dilində bədii əsərlərin nəşrinə maneçilik törədilib. Alim bildirib ki, bütün dünyaya bu torpaqların bizim tarixi torpaqlarımız olduğunu sübut etmək üçün Qərbi Azərbaycan mədəniyyətinin tarixi haqqında tədqiqat işləri aparmaq ol­duqca vacibdir. Bütün bunlar mənəvi silah olaraq Qərbi Azərbaycana qayı­dışda təsirli mübarizə vasitəsidir.

Sonra institut əməkdaşlarının çıxışları dinlənilib, geniş müza­kirə aparılıb. Konfransda ermənilər tərəfindən tarixin saxtalaşdırılması, qədim türk yaşayış məntəqlərinin adlarının dəyişdirilməsi, Dərələyəz mədəni-ədəbi mühiti, Qərbi Azər­baycan şivələrinin öyrənilməsi kimi önəmli məsələlərini geniş tədqiqata cəlb edilməsi, nəticələrin xalımıza çatdırılmasının və dünyaya bəyan edilməsinin zəruriliyi vurğulanıb.

“Xalq qəzeti”



Siyasət