Böyük qayıdışın növbəti hədəfi Qərbi Azərbaycandır

post-img

2020-ci ilin payızında Qarabağın otuz illik işğalına son qoymuş Vətən müharibəsində qazanılan Zəfər son iki yüz illik tariximizin ən böyük hadisəsidir. Bu müddətdə xalqımız daim torpaq itkilərinə məruz qalıb. Tarixin bu uğursuz və bəlalı gedişinə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və mahir sərkərdəlik qabiliyyəti sayəsində Vətən müharibəsində son qoyuldu. 

Azərbaycanın son iki əsrdə ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytarma­sı taleyimizin yeni məcraya yön aldığının təsdiqidir. Qələbəmizdən doğan tarixi reallıqların nəticəsidir ki, soydaşlarımı­zın son bir əsrdə mərhələ-mərhələ qo­vulduqları Qərbi Azərbaycana da böyük qayıdış gündəmə gəlib. Bu hədəfi Prezi­dent İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində qətiyyətlə bəyan etdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, on­ların yaxınları, uşaqları, nəvələri tarixi di­yarımız olan Qərbi Azərbaycana qayıda­caqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar bö­yük coşqu və həvəslə öz doğma torpaq­larına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan, yəqin ki, ən önəmlisi xalqımı­zın tarixi yaddaşıdır”.

Göründüyü kimi, dövlətimizin başçı­sı soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə bağlı bu möhtəşəm hədəfi bəyan edərkən, azərbaycanlıların xarak­terində olan çox mühüm bir amilə – xalqı­mızın tarixi yaddaşına istinad edib. Bu yaddaşın qarşısıalınmaz gücünü və sirli mahiyyətini Prezident ilham Əliyev belə mənalandırdı: “Bu gün Zəngilan rayonu­nun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaq­lar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya get­məyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”. 

Həmin görüşdə ölkə rəhbəri tarixi faktlara nəzər salaraq Qərbi Azərbay­canın əzəli və əbədi tarixi torpaqlarımız olduğunu dünya ictimaiyyətinə bir daha bəyan edərək qeyd etdi ki, Qərbi Azər­baycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, tarixi xəritələr, tariximiz təsdiqləyir: “Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”.

Dövlət başçısı əvvəllər Qarabağın azərbaycanlı icmasına məxsus binanı Qərbi azərbaycanlılara hədiyyə etməklə, onların tezliklə tarixi torpaqlarına qaytarı­lacaqlarına rəmzi işarə vurdu. Prezident Qərbi Azərbaycana qayıdış missiyası­nın gerçəkləşməsi üçün qeyd etdi ki, XX əsr boyunca xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha ge­niş məlumat verilməlidir: “Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqla­ra gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”.

İcma üzvləri ilə görüşdə ölkə rəhbəri Qərbi Azərbaycana Qayıdış Konsepsi­yasının hazırlanmasının zəruriliyini vur­ğulayaraq dedi: “Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiya­sını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündə­liyimizdə duran məsələ budur. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”. 

Qısa müddətdə belə bir mükəmməl konsepsiya hazırlandı və icma rəhbəri­liyi bu sənədə əsaslanaraq, beynəlxalq hüququn yaratdığı imkanlara istinad etməklə varlığını dünyaya təqdim edir, mübarizəsini yeni mərhələyə qaldırmaq üçün beynəlxalq təşkilatlarla münasibət­ləri nizama salır. Eyni zamanda, icma­nın çevrəsi və hədəfləri ilə bağlı konkret dəqiqləşdirmələr aparılır, işçi sənədlər hazırlanır.

Prezidentin dəfələrlə nüfuzlu tribuna­lardan bəyan etdiyi kimi, Qərbi Azərbay­candakı tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Qər­bi Azərbaycandan olan hər bir insan öz ulu babalarının yaşadıqları yerlər barədə hər şeyi yaxşı bilir. İndi müxtəlif yollarla həmin yerlər barədə yeni informasiyalar da alınır. Azərbaycanlıların yaşadıqları yerlərin əksəriyyətində indi heç kim ya­şamır: “Ermənistanda bütövlükdə de­populyasiya dövrü hökm sürür. İnsanlar oradan gedirlər. Həm təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər onları buna vadar edir. Bizim kəndlərimiz dağıdılır. Biz buna dözə bilmərik”.

Ali Baş Komandanın qeyd etdiyi kimi, məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzuları­mız necə reallığa çevrildisə, çox çəkmə­dən İrəvana, Göyçəyə, Zəngəzura qayı­dış arzularımız da gerçək olacaq. Buna isə xalqın inamı sonsuzdur. Çünki, bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var. Bəli, bu, zamanın tələbidir və Qərbi Azərbay­cana qayıdış prosesi mütləq gerçəkləş­diriləcək. Tarixi ərazilərimizə qayıdışın gerçəkləşəcəyinə əminliyi isə Qarabağ zəfəfərimiz yaratdı. Qarabağ və Şərqi Zəngəzura doğma sakinlərin qayıdışı Qərbi Azərbaycan hədəflərimizin gerçək­ləşməsi ilə davam edəcək.

Son günlərdə Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfərləri, keçirdiyi görüşlər, elədiyi açılış­lar və start verdiyi irimiqyaslı quruculuq işləri ölkəmizin iqtisadi qüdrətinin nəb­zinin Şərqi Zəngəzurda və Qarabağda döyündüyünü dünyaya sərgilədi. Xalqı­mız aydın görür ki, işğaldan azad edilmiş torpaqlarımızda infrastruktur tamamilə yenilənir, müasir yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda, bar­bar ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur. Yeni şəhərlərin təməli qoyulur, “ağıllı kənd”lər salınır. Soydaşlarımız doğma yurd-yu­valarına qayıdırlar. Əlbəttə, bu qayıdışın növbəti hədəfi və ünvanı Qərbi Azərbay­can olacaq.

 

Arzu ABDULLAYEV,
tarix üzrə fəlsəfə doktoru

Siyasət