Vladimir Putin və Volodimir Zelenski Türkiyəyə səfər edəcəklər

post-img

Rusiya Prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Volodimir Zelenski Türkiyəyə səfər edəcək. Məlumatı “CNNTurk” yayıb.

Məlumata görə, bir neçə ölkənin dövlət və hökumət başçısı yenidən Tür­kiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın şənbə günü - iyunun 3-də keçiriləcək andiçmə mərasimdə iştirak etmək istəklərini rəsmi Ankaraya bildi­riblər.

Qeyd olunub ki, bundan başqa, V.Putinin Türkiyəyə xüsusi bir səfəri də nəzərdə tutulub. Onun ardınca Ukrayna lideri Volodimir Zelenskinin bu ölkəyə getməsi gözlənilir.

Hər iki səfər çərçivəsində taxıl dəhli­zi və Rusiya ilə Ukrayna müharibəsinin gedişatı müzakirə olunacaq.

“Xalq qəzeti”

Dünya