Moldova 2030-cu ilədək Avropa İttifaqının üzvü ola bilər

post-img

Moldova 2030-cu ilə qədər Dnestryanı bölgə ilə birlikdə Avropa İttifaqına qəbul edilə bilər. Moldova Prezidenti Mayya Sandu bunu Bloomberg agentliyinə müsahibəsində deyib. “Biz həyat səviyyəsini nə qədər tez yüksəltsək, bir o qədər birləşmək şansımız olacaq... Bu, bizim məqsədimizdir”, - deyə o bildirib.

Mayın 28-də Prezident Mayya San­dunun təşəbbüsü ilə ölkədə Avropa İt­tifaqına inteqrasiya istəyinin nümayiş olunduğu “Avropa Moldovası” şüarı al­tında mitinq keçirilib.

Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının 2022-ci il iyu­nun 23-də Brüsseldə keçirilən sammitin­də Ukrayna və Moldovaya Aİ-yə üzvlük üçün namizəd statusu verilib. Kişineu üzvlüklə bağlı danışıqlara başlamaq üçün islahatlar aparmalı və Dnestryanı problemin həlli də daxil olmaqla, bir sıra şərtləri yerinə yetirməlidir.

“Xalq qəzeti”

Dünya