Kosovoda etnik münaqişə davam edir

post-img

NATO-nun rəhbərlik etdiyi sülhməramlı qüvvələr (KFOR) Kosovonun şimalında bələdiyyə binalarının təhlükəsizliyini gücləndirib. Əsgərlər bazar ertəsi etnik serblərlə toqquşmalarda 30 sülhməramlının yaralandığı bloku mühasirəyə alıblar.

İğtişaşların səbəbi bələdiyyə seç­kiləridir. Kosovo serbləri yerli bələdiy­yə seçkilərinin nəticələrindən nara­zıdır. Küçə toqquşmaları Balkanların bu bölgəsində qeyri-sabitlik qorxusu­nu artırıb. Etnik gərginliyin daha da yülsəlməsinin qarşısını almaq üçün NATO ölkəyə əlavə 700 hərbçi gön­dərməyi qərara alıb. 

“NATO-nun sülhməramlı qüvvələri Kosovoda vətəndaşlar üçün təhlükə­siz və dinc mühitin qorunması naminə bütün lazımi tədbirləri görəcək. Biz BMT mandatına uyğun olaraq qərəz­siz hərəkət etməyə davam edəcəyik”, - deyə NATO-nun baş katibi Yens Stol­tenberq bildirib.

Bu arada diplomatik səviyyədə intensiv səylər göstərilir. Serbiya Pre­zidenti Aleksandar Vuçiç beş vasitə­çi ölkənn (Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ) səfirlərini Kosovodakı serblərin təhlükəsizliyinə zəmanət verməyə çağırıb. 

Eyni zamanda, Kosovonun baş na­ziri Albin Kurti videomüraciətində təkid edib ki, xalq tərəfindən seçilən şəhər merləri bələdiyyə hökumətinin yeganə qanuni nümayəndələridir.

Pünhan Şövkətoğlu, “Xalq qəzeti”

Dünya