Qırğızıstan: dövlət qulluqçusu doğma dilini bilməlidir

post-img

Qırğızıstan parlamenti qırğız dilini bilməyən vətəndaşların dövlət qulluğunda çalışmasını məhdudlaşdıran qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bu barədə xəbərdə qeyd edilir ki, dövlət dili haqda qanun layihəsi qırğız dilinin tətbiqinin hüquqi əsasını, dil siyasətini, qırğız dilinin inkişafı üçün şərait yaradılması üzrə dövlət və yerli idarəetmə orqanlarının vəzifələrini müəyyən edir.

Qanun layihəsinə əsasən, dövlət qulluqçuları və bələdiyyə işçiləri, depu­tatlar, hərbçilər, hakimlər, təhsil müəs­sisələrinin rəhbərləri və əməkdaşları, səhiyyə işçiləri, pedaqoqlar və alimlər dövlət dilini orta səviyyədə bilməli və vəzifələrini icra edərkən tətbiq etməlidir. Bundan başqa, televiziya və radioda verilişlərin yarıdan çoxu qırğız dilində hazırlanmalıdır.

Sonda bildirək ki, Qırğızıstan Kons­titusiyasına əsasən, ölkədə qırğız dili dövlət, rus dili isə rəsmi dil statusuna malikdir.

“Xalq qəzeti”

Dünya