Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında viza rejimində dəyişiklik edilir

post-img

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərin giriş vizasından azad edilməsi təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik və xüsusi/xidməti pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsinə dair Anlaşma Memorandumunda dəyişiklik edilməsi ilə əlaqədar notalar mübadiləsinin təsdiqlənməsi və “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin mayın 12-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Dəyişikliyə əsasən, Memorandumda “diplomatik” sözü “ümumvətəndaş, diplomatik və xüsusi/xidməti” sözləri ilə əvəz edilir. Yəni, vizasiz giriş əvvəllər yalnız diplomatik və xüsusi/xidməti pasportlara malik şəxslərə şamil edilirdisə, dəyişiklikdən sonra ümumvətəndaş pasportlarına malik şəxslərə də şamil olunacaq.

Siyasət