MN: Ordumuzun mövqeləri minaatanlardan atəşə tutulub

post-img

Mayın 12-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur.

Siyasət