Böyük strateq Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix isə böyük öndərin bu statusunu bütün mərhələlərdə qorumuşdur.
1969-cu ilin 14 iyulunda Аzərbаycаndа siyаsi rəhbərliyə gəlmiş dərin zəkalı və yüksək enerjili lider Hеydər Əliyеv kеçmiş ittifаqın iqtisаdiyyаtı üçün хаmmаl mənbəyinə çеvrilmiş rеspublikаmızın yеni inkişаf strаtеgiyаsını hаzırlаyıb qısа müddətdə həyаtа kеçirmişdir. Böyük öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, hər cür riskə rəğmən, o dövrün nöqsanlarını açıq deməkdən çəkinməmişdir.
1969–1982-ci illərdə Azərbaycana inamla rəhbərlik etmiş Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı sənaye və istehsal potensialı bu günün özündə də davamlı iqtisadi yüksəliş üçün möhkəm özülə, bünövrəyə çevrilmişdir. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan, sanki, taleyin ümidinə buraxılmış kimi görünürdü. Böyük strateqin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi belə bir dövrdə rəhbərliyə gəlməsi işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrilmişdir.
Yeni rəhbərin ilk gündən ədalətə, qanunçuluğa tapınaraq respublikada əliəyriliyə, rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı kəskin mübarizəyə qalxması, paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı, islahatlara meyilliyi respublika ictimaiyyətində nikbinliyi, sabaha inamı artırmışdır. Sonrakı dövrdə Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz ulu öndərimiz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir.
14 il ərzində rеspublikаdа yаrаnmış güclü sоsiаl, iqtisаdi və intеllеktuаl pоtеnsiаl Аzərbаycаnın müstəqilliyi üçün zəmin yаrаtmışdır. Qətiyyətlə dеyə bilərik ki, müstəqilliyə aparan yоlumuzun təməl dаşını hələ о zаmаn gələcəyə bахаn, həyаtın sərt, çətin sınаqlаrınа sinə gərən, ən çətin şərаitdə düzgün çıхış yоlu tаpаn, dаim хаlqı ilə yаşаyаn, qəlbində vətən sеvgisi, milli ruh gəzdirən qüdrətli şəхsiyyət Hеydər Əliyеv qоymuşdur.
Qeyri-adi, fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkar fəaliyyətə başlayan Heydər Əliyev mütərəqqi idarəçilik ənənələrinin əsasını qoymuş, cəmiyyətin normal inkişaf ahəngini təmin etmişdir. Bütün bunların nəticəsində əvvəllər bütün əsаs göstəricilər üzrə ölkə miqyаsındаn gеri qаlаn Аzərbаycаn tеzliklə SSRİ-nin ən inkişаf еtmiş rеspublikаlаrındаn birinə çеvrildi.
Ulu öndər Heydər Əliyev fenomeninin unikallığı ondadır ki, o, öz siyasətini heç bir zaman birtərəfli qurmurdu. Ümummilli liderin gördüyü bütün işlər kompleks tədbirlər sistemindən ibarət idi. Bu baxımdan, 1970-ci illərdə Azərbaycanda milli hərbi kadr hazırlığına başlanılması xüsusi olaraq maraq doğurur. Dövlət başçısının şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq, Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı.
Artıq 1979-cu ilin statistikasına görə, kursantların 65 faizini azərbaycanlılar təşkil edirdi. Lakin bununla belə, Heydər Əliyev milli hərbi kadr hazırlığı sahəsində daha bir addım atdı. Belə ki, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması imkan verdi ki, gənclərin marağı hərbi sahəyə yönəldilsin. Birmənalı şəkildə etiraf edilməlidir ki, bu da Azərbaycanın çox da uzaq olmayan gələcək dövlət müstəqilliyinə hesablanan addımlardan biri idi.
Ulu öndərin ölkəyə bir qərinədən artıq davam edən rəhbərliyi dövründə, millətə liderlik fəaliyyətində təhsilə, elmə, mədəniyyətə, bütövlükdə xalqın intellektual səviyyəsinin yüksəldilməsinə qayğı hər zaman üstün yer tutmuş, prioritet istiqamətlərdən biri olmuşdur. Əslində, tariximizin son 33 illik milli intibahı mahiyyət etibarı ilə xalqın maariflənmə səviyyəsinin yüksəlişi, fundamental elmin yaranması, milli mədəniyyətin tərəqqisi ilə sıx bağlı olmuşdur ki, bunların hamısı təhsil sistemi və ondan səmərəli istifadə edilməsi nəticəsində mümkün olmuşdur.
O illərdə keçmiş SSRİ-nin dünya səviyyəli təhsil ocaqlarına tələbələrin göndərilməsi geniş miqyas aldı. 1970-ci illərdən başlayaraq, bu istiqamətdə də ciddi dönüş əldə edildi və həmin dövrdən başlayaraq, hər il yüzlərlə azərbaycanlı ittifaqın ən nüfuzlu ali məktəblərinin iqtisadiyyat, hüquq, beynəlxalq hüquq, diplomatiya, texnika və s. kimi mühüm elmi sahələrinə təhsil almağa göndərilirdi. Həmin dövrdə gənclərimiz üçün kеçmiş İttifаqın ən iri аli təһsil mərkəzlərində охumаq üçün gеniş imkаn yаrаnmışdı. Bu siyasət Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli addımlar idi. Faktiki olaraq, qısa müddətdə Azərbaycanın yeni tipli milli kadr bazası yaradıldı, bir çox elmi məktəblərin əsası qoyuldu.
Ulu öndərin keçən əsrin 70-80-ci illərində böyük uzaqgörənliklə həyata keçirdiyi təhsil, elm və mədəniyyət sahəsindəki uğurlu siyasəti, həqiqətən, bu gün, müstəqil Azərbaycanın milli sərvəti olan zəngin intellektual potensialının yüksəkliyində özünü göstərir və bəhrələrini verir. Əgər o illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsi yaranmasaydı, onların möhkəm maddi-texniki bazası qurulmasaydı, respublikadan kənarda Azərbaycan üçün yüksək ixtisaslı mütəxəssislər, xüsusən, milli hərbi kadrlar hazırlanmasaydı, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafı təmin olunmasaydı, şübhəsiz, Azərbaycanın bu gün müasir sivilizasiyaya cavab verən böyük elmi, milli təhsil sistemi və zəngin mədəniyyəti də ola bilməzdi
Həmin illərin bir maraqlı faktını da qeyd etmək yerinə düşərdi: hələ 1981-ci ildə sovet imperiyasının totalitar rejiminin hökm sürdüyü bir şəraitdə respublikada Cənubi Azərbaycandan gələn həmvətənlərimizin təhsili üçün də geniş imkanlar yaradılmışdı. Millətini sevən, öz taleyini xalqın taleyinə bağlayan, həmvətənlərinin təəssübünü çəkən Heydər Əliyev Cənubi Azərbaycandan müraciət edən 10 azərbaycanlı gəncin Bakıda təhsil almasına razılıq verdi. Bu barədə xüsusi qəbul olunan qərarda göstərilirdi ki, 1981-1982-ci tədris ilindən başlayaraq, Bakının ali məktəblərinə hər il 10 nəfər İran vətəndaşı olan azərbaycanlı gəncin qəbulu nəzərdə tutulsun. Nazirlər Sovetinə həvalə edilmişdi ki, həmin tələbələr tədris müddəti ərzində təqaüdlə və müvafiq zəruri vəsaitlə təmin edilsinlər.
Sovet İttifaqının ən məsul vəzifələrindən birini tutan möhtərəm Heydər Əliyev Moskvada işlədiyi dövrdə ayrı-ayrı rəhbərlərin müxtəlif millətlərə qarşı ikili münasibətlərini görür və imkan düşdükcə obyektivlik naminə müsəlman-türk dünyasının mənafeyini müdafiə edirdi. Bu gün biz tarixçilər də birmənalı şəkildə təsdiqləyirik ki, Heydər Əliyevin sovet siyasi arenasında rəhbərliyə gəlməsi ilə Azərbaycanda milli özünüdərk hissi güclənmiş, bütün ideoloji maneələri dəf edərək, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açılmışdır.
Ümummilli lider Heydər Əliyevin tarixi missiyası həm də o dövrdə xalqın daxilində toplanan milli ruhu və idealları keçmiş rejimin hücumlarından qoruyaraq xalqın milli yüksəlişini təmin etmək, hüquqlarını qorumaq olmuşdur. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır.
Ötən əsrin 60-cı illərinin axırlarında Heydər Əliyev dahi bir şəxsiyyət kimi daim gələcəyə, irəliyə, sabaha baxmış, bütün işlərini Azərbaycanın gələcək müstəqilliyinin təmin edilməsi ideyasının gerçəkləşdirilməsinə yönəltmişdir. Yeni rəhbər milli mənafelərə xidmət göstərmək məqsədilə mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın intibahı və tərəqqisi, onun iqtisadiyyatının, elm və təhsilinin yüksəldilməsi üçün çox ustalıqla və düşünülmüş siyasət yeritməyə nail olmuşdur.
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyinin 10 ilində yaratdığı tarixi əsaslar, formalaşdırdığı hərtərfli inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirildiyi Azərbaycan Respublikası hazırda sürətlə, davamlı şəkildə bütün sahələr üzrə inkişaf etməkdədir. Bunun yeganə səbəbi Prezident İlham Əliyev tərəfindən ulu öndərin müdrik və alternativi olmayan siyasətinin uğurla davam etdirilməsi, Heydər Əliyev ideyalarına sadiqlikdə və xalqın da bu siyasəti dəstəkləməsidir.
İqtisadi, sosial, mədəni və həyatımızın digər vacib sferalarında həmçinin müşahidə olunan tərəqqi, vətəndaş həmrəyliyi, sosial rifah ölkə vətəndaşlarının istək və arzularına uyğun şəkildə təmin olunur. Bu baxımdan, Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitlik, tolerant mühit, multikultural cəmiyyət bir daha sübut edir ki, ölkəmiz düzgün yoldadır. Fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan daxili və xarici siyasətini və ideyalarını möhtərəm cənab Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir.
Qətiyyətlə demək olar ki, ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə gerçəkləşdirdiyi tarixi tədbirlər, nail olduğu dəyişikliklər respublikada indiki dayanıqlı inkişafı, Azərbaycan xalqının rifah halının yüksəlməsini, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini, əzmlə aparılan dövlət quruculuğunu hərtərəfli təmin edir.
İradə HÜSEYNOVA,
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor,
Əməkdar müəllim