Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırmışdır. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olmuşdur. Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu illərdə, eləcə də, Avropa Şurası Nazirlər Kabinetinə, Qoşulmama Hərəkatına, Türk Dövlətləri Təşkilatına sədrlik etdiyi dövrdə kifayət qədər beynəlxalq əhəmiyyətli təkliflərlə çıxış etmiş və uğurlu nəticələrə nail olmuşdur. Artıq beynəlxalq aləmdəki tərəfdaşlarımızla yanaşı, bəzi məqamlarda Bakının mövqeyindən narazı qalan qüvvələrin də həmin təklifləri təqdir etdiyinin şahidiyik. Bu isə haqq işin daim dəstək qazanacağı barədə deyilən fikirlərin təsdiqidir.
Dövlət başçımız bu il aprelin əvvəllərində də daha bir bəşəri təşəbbüslə çıxış edərək, yeni beynəlxalq qrupun yaradılması təklifini irəli sürmüşdür. Belə ki, Prezident İlham Əliyev 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı etdiyi paylaşımda bildirilmişdir ki, Azərbaycan humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edəcək: “Ölkəmiz humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsünü fəal şəkildə təşviq edir. Azərbaycan həm də Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış etmişdir. Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır”.
Yeri gəlmişkən, dövlət başçımız öz həyatını təhlükə altına ataraq, gecə-gündüz çalışan minatəmizləyənlərimizin fəaliyyətini yüksək qiymətləndirib və əlavə edib ki, dünyada mina terroruna son qoymaq üçün beynəlxalq səylər artırılmalıdır.
Beynəlxalq səylərdən söhbət düşmüşkən, xatırladaq ki, 44 günlük müharibənin başa çatmasından dörd ay sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri Vüqar Süleymanovla Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti məlum münaqişədən sonra icma təhlükəsizliyinin bərpasına yönəlmiş yeni maliyyələşmə sənədini imzalamaq məqsədilə bir araya gəlmişdilər.
Bildirilir ki, BMT-nin İnkişaf Proqramının böhran vəziyyətlər üçün nəzərdə tutulan büdcəsindən və BMT-nin Fövqəladə hallara qarşı tədbirlər üzrə Mərkəzi Fondundan toplam, bir milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu vəsaitlə BMTİP, ANAMA-ya münaqişənin təsirlərinə məruz qalan ərazilərdə yaşayan yerli icmalar üçün ciddi risklər yaradan minaları və partlamamış hərbi sursatları təmizləmək üçün təcili müdaxilə qruplarını təlimləndirmək, təchiz etmək və yerləşdirmək üçün dəstək verəcək. Xatırladaq ki, ANAMA 1999-cu ildə BMT İnkişaf Proqramının dəstəyi ilə təsis edilib.
Doğrudur, mina təhlükəsi son əlli ildə dünyanın bir sıra ölkələrində sakinlərin və mütəxəssislərin qorxulu kabusuna çevrilmişdir. Ancaq ekspertlərin fikrincə, heç bir ölkədə mina təhlükəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki qədər dəhşətli və qorxulu deyil. Çünki başqa müharibələrin iştirakçıları sivil insanlar olduğuna görə, əksər müharibədən sonra minalanmış ərazilərin xəritəsi qarşı tərəfə təqdim edilir. Ermənilər isə nəinki münaqişə və müharibə dövründə basdırdıqları minaların yerini gizlətdilər, hətta, müharibə başa çatandan sonra da ərazilərimizdə külli miqdarda mina “əkdilər”. Bu isə erməninin dünyanın başqa millətlərindən fərqinin, daha doğrusu, nə qədər iyrənc olduğunun göstəricisi idi.
Yeri gəlmişkən, bizim ərazilərimizi minalamış işğalçı düşmənin həqiqi qiymətini Azərbaycan Prezidenti İlham Əliyev “Qafqazın Xirosiması”na çevrilmiş Ağdamda olarkən vermişdir: “Sanki buradan vəhşi qəbilələr keşmişdir”.
Bəli, özünü erməni adlandıran haylar son iki əsrdə birmənalı şəkildə sübut ediblər ki, Darvinin təkamül nəzəriyyəsinin onlara dəxli yoxdur. Yəni, hələ də insan ola bilməyiblər.
Sonda mərhum şair Əli Kərimin “Daş” şeirindəki “Yarımçılpaq, yarımvəhşi qədim insanın” milyon il əvvəlki səhvinin bu gün də düzəlmədiyi barədə obrazlı ifadəsini xatırlatmaq yerinə düşər. Həmin insanın düşməninə atdığı bir daş yerə düşmür, uçub gedir, üfüqlərdən üfüqlərə.
“Deməyin ki, daş yox oldu, daş çevrilib bir ox oldu. Oldu qılınc, güllə, mərmi. Dayanmadı fikir kimi. Atom oldu. Meridianı qırıq-qırıq, arzuları zərrə-zərrə, okeanı para-para edib keçdi…həmin o daş”. Bəli, indiki Azərbaycan ərazilərində basdırılmış minalar həmin yarımçılpaq, yarımvəhşi “ibtidai insanların” – torpaqlarımızda özünə dövlət yaratmış hayların bəşər övladına atdığı daşlardır. Adəm övladı həmin daşlarla Andronikdən, Njdedən, Zori Balayanlardan üzü bəri bütün qaniçənləri daş-qalaq etməsə, dünya düzəlməyəcək.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

