Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini ilə görüşüb

post-img

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər nazirinin müavini Mantas Adomenas ilə görüşüb. Bununla bağlı məlumatı XİN yayıb. Məlumatda bildirilib ki, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regiondakı cari vəziyyət müzakirə olunub.

Nazir C.Bayramov ölkələr arasında ikitərəfli səviyyədə si­yasi, iqtisadi, ticarət, enerji təh­lükəsizliyi, bağlantılar, mədəniy­yət, humanitar və s. sahələrdə, çoxtərəfli səviyyədə isə Avropa İttifaqı (Aİ) çərçivəsində səmərə­li əməkdaşlığın mövcudluğunu qeyd edib. O, münasibətlərin inkişafında qarşılıqlı səfərlər və təmasların əhəmiyyətindən bəhs edərək siyasi məsləhətləşmələ­rin əlaqələrin daha da genişlən­dirilməsi üçün mühüm mexa­nizmlərdən biri olduğunu vurğulayıb.

Azərbaycanın XİN rəhbəri postmü­naqişə dövründə bölgədə mövcud və­ziyyət, işğaldan azad olunmuş əraziləri­mizdə aparılan bərpa və quruculuq işləri, regionda nəqliyyat və kommunikasiyala­rın açılması, sülh gündəliyinin irəli aparıl­ması istiqamətində göstərilən səylər barə­də qarşı tərəfi ətraflı məlumatlandırıb. O, Azərbaycan və Ermənistan arasında mü­nasibətlərin normallaşdırılması istiqamə­tində atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları ilə üzləşdiyini diqqətə çatdırıb. Nazir, həmçinin həmkarını Laçın-Xankən­di yolunda qeyri-qanuni fəliyyət barədə ət­raflı məlumatlandırıb, Azərbaycan tərəfin­dən sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinin şəffaflığa və təhlükəsizliyə tə­minat verən addım olduğunu vurğulayıb. 

Nazir müavini M.Adomenas Litvanın Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O, bölgədə sülh və təhlükə­sizliyin təmin olunacağına inamını ifadə edib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Xalq qəzeti”

Siyasət