Paşinyan hansı “blokada”dan danışır?

post-img

Son günlər Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus humanitar təyinatlı avtomobillərin Laçın yolu vasitəsilə gediş-gəlişi intensivləşib. Əvvəl yoldan keçən avtomobillərin sayı 70-ə yaxın idisə, son günlər bu rəqəm 100 ətrafında dəyişir. Hər gün olduğu kimi, aksiyanın 84-cü günü də ərazidən maneəsiz keçid bir daha onu göstərir ki, Ermənistanın “blokada” ilə bağlı səsləndirdiyi iddialar saxtadır, yalandır. Laçın–Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır. 

Hazırda yol vasitəsilə silah-sursat daşınmasının qarşısı alınıb, təbii sər­vətlərin qanunsuz şəkildə Ermənistana aparılması da dayandırılıb. İran avto­mobilləri də humanitar yardım adı ilə silah-sursat, narkotik maddələr daşıya bilmir. Bu aksiya həm də separatizmə, onun hər cür təzahürünə qarşı yönəlib və sabitliyin, təhlükəsizliyin təmini baxı­mından mühüm əhəmiyyətə malikdir. Regionda ekoloji fəlakətin qarşısının alınması üçün dünya Azərbaycanın haqq işinə dəstək verməlidir.

Artıq aksiyanın hansı səbəbdən keçirildiyi beynəlxalq ictimaiyyətinə məlumdur. Separatçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqları­nın qanunsuz istismarını həyata keçirir, ekologiyamıza ciddi ziyan vururdular. Həmçinin, aksiya keçirilən yoldan er­mənilər tərəfindən Qarabağa minalar, digər silah-sursat daşınırdı. Ekofəallar və vətəndaş cəmiyyətinin təmsilçiləri də məhz bu kimi qeyri-qanuni əməl­lərin qarşısının almaqda israrlıdırlar. Azərbaycan gənci gördükləri rəzilliklərə seyrçi qalsın? Nə vaxta kimi? 

Ermənistanın “Hraparak” qəze­ti yazıb ki, separatçı rejimin “hakim dairələri” Ermənistan hakimiyyətinin qondarma rejimin “təhlükəsizlik şura­sının keçmiş katibi” Samvel Babayanı bilərəkdən Xankəndiyə göndərdiyi haq­da müzakirələr aparırlar.

İddiaya görə, Babayanın qarşısı­na qoyulan əsas missiya Qarabağda Azərbaycana inteqrasiya kampaniyası­nı aparmaq, buradakı erməniləri azər­baycanlılarla birgəyaşayışda heç bir problemin olmamasına inandırmaqdır: “Artıq bir neçə həftədir Babayan Qa­rabağa gəlib və fərqli dairələrlə aktiv görüşlər keçirir. Bir neçə gün əvvəl o, Xankəndidə 11 nömrəli məktəbin kol­lektivi ilə də görüş keçirib. Bütün görüş­lərdə inteqrasiyanın qaçılmaz olduğu­nu bildirib”.

“Hraparak”, həmçinin, Babayanın bu günlərdə verdiyi müsahibədə bir məsələyə də yer ayırıb. O, müsahibə­sində Qarabağdakı yataqları Bakının işlətməsinə qarşı olmadığını deyib. Er­mənistanın başbilənləri də anlayırlar ki, Azərbaycan dövlətinin nəzarəti olmadan Laçın yolunda şəffaflığı təmin etmək mümkün deyil. Qarabağda yaşayan ermənilərin Azərbaycanın bayrağı al­tında, ölkəmizin qanunlarının diktəsi ilə yaşamaqdan başqa çıxış yolu yoxdur. Proseslər onu göstərir ki, rəsmi İrəvan Qarabağda yaşayan erməniləri himayə etmək istəmir, daha doğrusu, himayə etmək gücündə deyil. Ermənistanın məğlubiyyəti ilə yekunlaşmış 44 günlük müharibə, ölkədə qeyri-sabitlik, ayrılan böyük vəsaitlər, xarici ölkələrdən asılılıq bu ölkənin zəif iqtisadiyyatının daha da müflisləşdirib. Bütün bunlar qarşısında rəsmi İrəvan Qarabağda yaşayan ermə­nilərdən imtina etməyə üstünlük verir.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Qarabağ separatçılarının lideri Arayik Arutyunyan tərəfindən “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılan rusiyalı mil­yarder, oliqarx Ruben Vardanyan Qa­rabağda yaşamağa davam edəcəyini bildirib. Vardanyan sosial şəbəkələrdə planlarından da bəhs edib. O, qırmızı xətləri də unutmamağı məsləhət görür. Vardanyanın “qırmızı xətlər” dediyinin nə olduğunu açıqlamasa da, Azərbay­canın diktəsi elə onun üçün də keçərli­dir. Vardanyan olan-qalan nüfuzunu da itirib. 

Sosial şəbəkələrin Ermənistan seqmentində də Nikol Paşinyan haki­miyyətinə nifrət dolu paylaşımlar geniş vüsət alır. Ermənistan əhalisi yazır ki, yerli hökumət əhalini aldadır. Guya, Azərbaycan tərəfi təbii qazı kəsir, La­çın–Xankəndi yolu “tutulduğundan” Qa­rabağda yaşayan erməni əhalisi bloka­dadadır. Reallığı düzgün qiymətləndirə bilən erməni sosial şəbəkə istifadəçiləri hökumətin onları aldatdığını, süni ən­gəllər yaradaraq Azərbaycan tərəfini haqsız hesab etməsini, əhaliyə əzab verdiklərini yazırlar. Erməni əhalisi tə­cili olaraq Azərbaycanla danışıqların aparılmasını tələb edir. Paşinyanın və hökumət üzvlərinin son çıxışlarında da bu məsələ açıq mətnlə özünü göstərir. 

Bununla yanaşı, beynəlxalq ana­litiklər, siyasətçilər dəfələrlə vəziyyəti şərh edərkən bildirirlər ki, azərbaycan­lı fəallar yolu humanitar məqsəd üçün tamamilə açırlar. Bundan başqa, onlar ekofəalların ərazilərimizin çirkləndiril­məsinə, su hövzələrimizin və meşələ­rimizin məhv edilməsinə, təbii sərvətlə­rin qanunsuz istismarına qarşı mövqe qoyduqlarını vurğulayırlar. Maraqlıdır, Paşinyan hansı “blokada”dan danışır? 

Laçın-Xankəndi yolunda azərbay­canlı fəalların etiraz aksiyası yüksək tri­bunalarda müzakirə edilir, dünya mət­buatının manşetlərinə daşınır, geniş ictimaiyyətdə müzakirələrə səbəb olur. Çox vaxt Azərbaycanın haqlı mövqeyi açıq şəkildə söylənilir. Dünyanın aparı­cı KİV-i də erməni yalanlarını ifşa edir, Laçın–Xankəndi yolunda etiraz edən azərbaycanlıların tələblərinin yerinə yetirilməsinin beynəlxalq hüququn prin­siplərinə uyğun olduğunu yazırlar. 

Bəli, beynəlxalq ictimaiyyət məsələ­nin mahiyyətindən xəbərdardır, ermə­nilərin məkrli planlarından əl çəkməsini tələb edir. Ermənistanın dezinformasi­ya yaymaqla məşğul olan lobbiçilik “si­yasəti” də bir işə yaramır, onun xarici ölkələrdə maliyyələşdirdiyi yalanlarla məşğul olan təbliğat maşınları da daha əvvəlki kimi fəal olmağı bacarmır. 

 

Mübariz Göyüşlü,
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi:

– Ermənistan, Qarabağdakı bir qrup terrorçu-separatçı erməni, o cümlədən, Rusiyanın müəyyən hər­bi-siyasi qrupları Azərbaycanın səb­rindən, imzaladığı anlaşmaya məsu­liyyətlə əməl etməsindən sui-istifadə yolu tuturlar. Qarabağ iqtisadi rayo­nunda Azərbaycana məxsus olan tə­bii sərvətlərin yerləşdiyi yataqları se­paratçı ermənilərin qanunsuz şəkildə xarici şirkətlərlə birgə istismar etməsi Azərbaycan xalqının haqlı narazılı­ğına səbəb oldu. Nəticədə iki aydan artıqdır ki, azərbaycanlı QHT təm­silçiləri, ekoaktivistlər, ictimai fəallar Laçın-Xankəndi yolunu bağlayaraq bu yataqların qanunsuz istismarına son qoyulmasını tələb etməkdədirlər. Bu aksiynaın ilk günlərindən orada iştirak etmiş şəxs kimi deyə bilərəm ki, proses tamamilə qanuni və düz­gündür. Bu aksiyanın məqsədi Qara­bağdakı erməni icmasını “blokada”ya alıb humanitar böhran yaratmaq yox, qanunsuz fəaliyyətlərə son qoyulma­sına nail olmaqdır. 

Biz ilk günlərdən açıqladıq ki, ak­siyanın tələbləri yerinə yetirilməlidir, əks-təqdirdə geri dönüş olmayacaq. Qarabağdakı ermənilər və onlara dəstək verən Rusiya sülhməramlıları və Moskvadakı müəyyən qruplar da artıq anlayırlar ki, tələblər yerinə yeti­rilməlidir. Üstəlik, bir neçə ay bundan əvvəl Rusiyadan Qarabağa emissar kimi göndərilən kriminal oliqarx Ru­ben Vardanyanın gəlişi, “vəzifəyə” təyin olunması durumu daha da gər­ginləşdirdi. Azərbaycan rəhbərliyinin qəti və sərt tələbi qarşısında Var­danyan “vəzifə”dən azad edildi. La­kin o, ictimai paltformada qanunsuz fəaliyyətlərlərini davam etdirir, ora­dakı erməni icmasının Azərbaycanla inteqrasiyasına mane olmağa çalışır. İnanıram ki, bu məsələlərə də tezliklə son qoyulacaq və Vardanyan, ondan mədət umanlar, onun üzərindən plan quranlar iflasa uğrayacaqlar.

Azərbaycan rəsmi səviyyədə dəfələrlə bəyan edib ki, Qarabağ­dakı separatçı qruplarla danışıqlara getməyəcək, 20-30 minlik erməni icmasına hər hansı müstəsna status verilməyəcək. Artıq Azərbaycanla Qarabağdakı erməni icması ara­sında danışıqlar başlanıb. Görüşün Xankəndidə deyil, Xocalıda keçiril­məsi diqqətimizi çəkməyə bilməzdi. İlkin təmasın baş tutduğunu deyə bilərik. Burada humanitar, sosial-iq­tisadi məsələlər, o cümlədən erməni icmasının Azərbaycana reinteqrasi­yası mövzusu gündəmdə olub. İlkin təmasın Azərbaycanın müəyyən et­diyi gündəliyə uyğun getməsinə görə görüşü müsbət adlandırmaq olar.

Növbəti görüşlərin keçirilməsi də mümkünləşə bilər. Əgər separatçı ermənilər prosesi pozmaq üçün han­sısa addımlar atmasa, Azərbaycan verdiyi açıqlamalara uyğun olaraq danışıqları davam etdirməyə, əhali­nin sosial-iqtisadi, mədəni, humani­tar problemlərini həll etməyə və Qa­rabağ ermənilərinin interqasiyasına, Azərbaycan vətəndaşı kimi, Qara­bağda yaşamalarına dəstək olmağa hazırdır.

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Siyasət