Müstəqil siyasət, qətiyyətli diplomatiya

post-img

Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

XIX əsrdə yaşamış görkəm­li alman filosofu Fridrix Nitşenin həm öz dövründə, həm də sonrakı əsrdə geniş müzakirələrə səbəb olmuş bir kəlamı var: “Biz gələ­cəkdən ötrü yaşamırıq, keçmişi­mizi qorumaqdan ötrü yaşayırıq”. Deyilənə görə, kimsə ona etiraz edibmiş ki, əgər gələcək bizə la­zım deyilsə, onda nə üçün yaşa­yırıq? Filosof cavab verib: “Kim dedi ki, gələcək bizə lazım deyil? Gələcək lazımdır, amma keçmişi­mizi qorumaq üçün”. Bu ibrəta­miz kəlamı Prezident İlham Əliye­vin son iyirmi ildəki fəaliyyətinin bəzi istiqamətlərinə tətbiq etmək istəyərkən, gördük ki, alman filo­sofu tamamilə haqlıdır. 

Ermənilər son iki əsrdə Azərbayca­nın keçmişini – maddi-mədəni abidələ­rimizi, sözün həqiqi mənasında, yer üzündən silməyə çalışırblar. İndi də bu məlun əməldən, özlərinin barbarlıqla­rından əl çəkmirlər. Belə mənfur niy­yətə qarşılıq olaraq Azərbaycan dövləti mükəmməl gələcək formalaşdırmaqla məşğuldur ki, bu xətt Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi siyasi kursun qayəsini təşkil edir. İyir­mi il əvvəl bizim üçün arzu olan gələ­cək – bugünkü həqiqətlər imkan verdi ki, keçmişimizi – tarixi sərvətlərimizi, madd-mənəvi abidələrimizi ölkəmizin ərazisindən vəhşi qəbilələr kimi keçən erməni əsirliyinin istibdadından qurta­raq. Bunu bacardıq. Yəni, mirasımızı qoruya bildik. Ona görə də İlham Əli­yevin siyasəti tarix və xalq naminə re­allaşdırılan ləyaqət missiyasıdır. 

Hamının yadındadır. Ermənistan rəhbərliyi özünün işğalçılıq siyasəti nə­ticəsində zaman-zaman artıq keçmiş olan Qarabağ münaqişənin nizamlan­masına yönələn müzakirələr gedişində üzərilərinə götürdükləri öhdəlikləri bir neçə gündən, hətta, bəzən iki-üç saat­dan sonra ya “unudub”, ya da fikirlərini kökündən dəyişiblər. Məsələn, vaxtilə ölkə prezidenti olmuş Serj Sarkisyan bir dəfə dünya diplomatiyası tarixində analoqu olmayan “ilkə imza ataraq” müzakirələri yarımçıq qoyub qaçmış, bəhanə uydurmuşdu ki, səhhətində problem yarandığına görə otura bilmə­yib. Nə üçün belə edirdilər? 

Çünki həm ulu öndər Heydər Əliyevin məntiqi qarşısında duruş gə­tirə bilmirdilər, həm də Prezident İlham Əliyevlə üz-üzə dayanıb danışmağa qabiliyyətləri yox idi. Bəlkə də, ortaya çıxarılası qabiliyyət sahibini tapa bilər­dilər. Ancaq mövcudluqları özgə torpa­ğına qəsd məntiqinə əsaslandığından, tarixən bütün fəaliyyətləri xəyanət, nankorluq, separatçılıq, işğalçılıq, terror və təxribatlar üzərində quruldu­ğundan, danışmağa sözləri yoxdur. Belə qeyri-ciddi davranışlarına, nankor xislətlərinə və digər yarıtmaz keyfiy­yətlərinə görə beynəlxalq aləmdə gün­dən-günə təklənirlər. 

Prezident İlham Əliyev başda ol­maqla, Azərbaycan siyasətçi və dip­lomatları bütün müzakirələr zamanı açıq, birmənalı, beynəlxalq hüququn təməl prinsiplərinə uyğun, həqiqətə əsaslanan, obyektiv arqument və faktlarla çıxış etdiklərinə görə ölkəmi­zin beynəlxalq aləmdəki nüfuzu artır, dostlarımızın sayı çoxalır. Azərbay­can təmsilçilərinin dünyanın istənilən ölkəsinin nümayəndələri ilə təmasları zamanı göstərdikləri səmimiyyət və etimad xarici siyasətimizə və diploma­tiyamıza olan inamı daha böyük zir­vələrə yüksəldir. 

Prezident İlham Əliyevə ünvanına Vaşinqtondan, Moskvadan Brüssel­dən, Pekindən, Londondan – dünya­nın bir çox ölkələrindən gələn məktub və ya telefon zənglərində Azərbay­canla əməkdaşlıq şəraitində işləmək arzusu ifadə olunur. Ermənistandakı müxalif siyasətçilər isə yazırlar ki, İrə­vanın ötən əsin doxsanıncı illərindəki tərəfdaşlarının, demək olar, hamısı onunla əməkdaşlıqdan imtina edir. Nə üçün? Çünki Ermənistan rəhbərliyi sə­mimiyyətdən uzaqdır. 

Bu məqamda xatırladaq ki, ötən ilin sonlarında ABŞ rəhbərliyi İrəva­na dövlət katibi səviyyəsində mesaj göndərmişdi: “Məqsədinizi, məramı­nızı dəqiqləşdirin!” Bu xəbərdarlıqdan sonra İrəvan Kremlin siyasətini lənət­ləməyə başladı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə heç də əbəs yerə bildirmirdi ki, Ermənistanın nə istədiyini anlamır... 

Azərbaycana gəlincə isə deyə bilə­rik ki, bizim hansısa ölkə ilə münasi­bətlərimizdə qaranlıq məqam yoxdur və olmayıb. Ona görə hər hansı irad eşitməmişik. Çünki xarici siyasətimiz müstəqil, mövqeyimiz ədalətli, bey­nəlxalq təşkilatlarla münasibətlərimiz bəşəri dəyərlərə sadiq, qonşularla əməkdaşlığımız isə bərabərhüquqlu­dur. 

Bəli, Azərbaycan dövləti­nin müstəqil siyasi kursu sabitdir, mütərəqqidir, ardıcıldır. Bu kurs, eyni zamanda, uğurlu gələcək üçün böyük təminatdır. Təminat isə həm də sözü­müzün bütövlüyündən qaynaqlanır. Bu mənada yazımızı Prezident İlham Əliyevin 2023-cü il yanvarın 17-də Da­vosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibənin bir fraqmenti ilə tamamlamaq istərdik: 

Müxbir: Bizim bir neçə ətraflı mü­sahibəmiz oldu, Sizin çox konstruktiv olduğunuzu xatırlayıram. Siz öndə ol­maq istəyirsiniz ki, insanlara ölkənizin necə hazır olduğunu deyəsiniz. Məni hər zaman bir məsələ maraqlandırır ki, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır?

Prezident İlham Əliyev: İlk növ­bədə, demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm.

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət