Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, 8 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi üçün dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.