Goranboyda tibb işçilərinin peşə bayramı qeyd olundu

post-img

17 iyun – Tibb işçilərinin peşə bayramı ilə bağlı keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev çıxış edərək, səhiyyənin inkişafının məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu konkret misallarla göstərdi, böyük şəxsiyyətin siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqət yetirdiyini vurğuladı.

Goranboyda da səhiyyənin inkişafı üçün son illər az iş görülməyib. Ölkə  Prezidentinin iştirakı ilə 2020-ci ildə müasir tibbi avadanlıqlarla təhciz olunmuş 130 çarpayılıq yeni rayon mərkəzi xəstəxana binasının istifadəyə verilməsi bunun əyani sübutudur. 

Rayon mərkəzində fəaliyyət göstərən özəl “Medlife Diaqnostika" və Estetika Mərkəzi, eyni zamanda, hazırda tikintisi  aparılan və 200 nəfərin işlə təmin olunacağı Medlife Hospital Goranboyda  səhiyyənin inkişafına mühüm töhfədir.

Tədbirdə rayonun səhiyyə sahəsində fərqlənən bir qrup tibb işçisinə rayon icra hakimiyyəti başçısının Fəxri fərmanları verildi.

Tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov iştirak etmişdir.

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri









Səhiyyə