Tender sorğusu

post-img

Satınalan təşkilatın adı: Əmanətlərin Sığortalanması Fondu

Satınalan təşkilatın VÖEN-i: 1700773271

Satınalan təşkilatın hüquqi ünvanı: Bakı şəhəri, Bülbül prospekti 40

Satınalan təşkilatın faktiki ünvanı: Bakı şəhəri, Babək prospekti 16

Elektron poçt: [email protected]

Telefon: (+994) 941

Satınalma pedmetinin adı: Privileged Access Management (PAM) – Cyberark sistemi

İstifadəçi sayı: 40 (qırx) nəfər

İstifadə müddəti: 1 (bir) il

Ehtimal olunan qiymət: 99.235,87 (doxsan doqquz min iki yüz otuz beş manat səksən yeddi qəpik) manat.

Təklifin təminatının məbləği: ehtimal olunan qiymətin 10 faizi həcmində bank qarantiyası

Elanın dərcedilmə tarixi və vaxtı: 15.10.2025-ci il

Təkliflərin son təqdimolunma tarixi və vaxtı: 14.11.2025-ci il, saat 12:00-dək

Zərflərin açılış tarixi və vaxtı: 14.11.2025-ci il, saat 16:00

Satınalma predmetinin çatdırılacağı ünvan: Bakı şəhəri, Babək prospekti 16

Təchizatçılar tərəfindən tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Tenderdə iştirak etmək üçün ərizə;

2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi:

2.1. İştirak haqqının məbləği: 100 (bir yüz) manat;

3. Tender təklifi;

4. Təchizatçı haqqında tələb olunan sənədlər:

5. Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin surətləri (nizamnamə və dövlət qeydiyyat şəhadətnaməsi),

6. ƏDV qeydiyyatının olub olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri.

Tenderin şərtlər toplusu:

1. Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı zəruri tələblərə cavab verməlidir:

1.1. Privileged Access Management (PAM) – Cyberark sisteminin satışı ilə bağlı xidmətlər sahəsində qanunvericiliyə uyğun qaydada fəaliyyət göstərilməsi və ya satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması;

1.2. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;

1.3. Öz əmlakından sərbəst istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

1.4. Barəsində iflas proseduruna başlanılmaması və ya müflislik barədə iddia qaldırılmaması;

1.5. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyəti dayandırılmış şəxs olmaması;

1.6. Büdcəyə icbari ödənişlərlə (vergilər, rüsumlar, sosial ödənişlər və s.) bağlı müddəti keçmiş borcları olmaması;

1.7. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən etibarsız təchizatçılar reyestrində daxil edilməməsi.

2. Satınalma predmetinin iki və ya daha çox təchizatçı arasında bölünməsi nəzərdə tutulmur.

3. Satınalma müqaviləsinə əsasən müqavilənin qiyməti satınalma predmeti satınalan təşkilata tam şəkildə təhvil verildikdən sonra hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilən təhvil-təslim sənədinə əsasən 5 (beş) iş günü ərzində, bank köçürməsi yolu ilə ödənilir.

4. Satınalma predmetinin qiymətinə onun dəyərindən başqa, digər xərclər (nəqliyyat, quraşdırma, vergilər, rüsumlar və s.) daxil edilir.

5. Tender təklifinin qiyməti Azərbaycan manatı ilə hesablanır.

6. Tender təklifi Azərbaycan dilində hazırlanır.

7. Təchizatçılar tərəfindən tender təklifinin təminatı qismində ehtimal olunan qiymətin 10 faizi həcmində Bank qarantiyası təqdim olunur (9.923,59 manat).

8. Tender təklifləri qapalı zərfdə, imzalanıb və möhürlənərək (dörd tərəfdən), Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən inzibati binasına 14 noyabr 2025-ci il, saat 12:00-a qədər təqdim olunmalıdır.

9. Təchizatçılar tərəfindən zəruri hesab edildiyi hallarda satınalan təşkilatla təchizatçılar arasında görüş keçirilir.

10. Tender təklifi 14.11.2025-ci il tarixinədək qüvvədədir.

11. Tender təklifi zərflərinin açılışı 14 noyabr 2025-ci il tarixində saat 16:00-da Əmanətlərin Sığortalanması Fondunun inzibati binasında həyata keçiriləcəkdir.

12. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi üçün istifadə olunacaq valyuta Azərbaycan manatıdır.

13. Tender sorğusu “Əmanətlərin Sığortalanması Fondunun satınalmalara dair Qaydaları”na əsasən həyata keçirilir.

14. Komissiya tender prosedurunun keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən edildikdə, tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmadıqda, tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda bütün tender təkliflərini rədd edə bilər.

15. Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlar əsas götürülür:

15.1. Satınalma predmetinin funksional (istehlak xüsusiyyətləri) və/və ya keyfiyyət xarakteristikaları;

15.2. Satınalma predmetinin qiyməti;

15.3. Satınalma predmetinin istismar xərcləri;

15.4. Satınalma predmetinə texniki xidmət xərcləri;

15.5. Satınalma predmetinin göndərilməsi (çatdırılması), işlərin görülməsi, xidmətin göstərilməsi müddəti;

15.6. Satınalma predmetinin keyfiyyətinə verilmiş təminat (qarantiya) müddəti.

16. Tender təkliflərinin akseptindən sonra satınalma predmeti ilə bağı tələbatı təmin edən və ən aşağı qiymət təklifi təqdim edən təchizatçı ilə 5 (beş) iş günü ərzində satınalma müqaviləsi bağlanılır.

17. Tenderin təşkili ilə bağlı məlumat almaq üçün əlaqələndiri şəxs Əmanətlərin Sığortalanması Fondunun Satınalma komissiyasının katibi Rüfanə Xanlarovadır.

 

Reklam və elan