Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Azərbaycan Turizm və Menecment Universiteti
2024/2025-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə təkrar ali təhsil almaq üçün qəbul elan edir
• Turizm işinin təşkili
• Turizm bələdçiliyi
• Menecment
• Marketinq
• Maliyyə
• Mühasibat
• Qida mühəndisliyi
• Nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
• Sosial iş
• Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması
• Beynəlxalq münasibətlər
• Dövlət və bələdiyyə idarəetməsi
Təkrar ali təhsil almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• təhsil müəssisəsi rəhbərinin adına ərizə;
• ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;
• əmək kitabçasından çıxarış
• şəxsiyyət vəsiqəsinin surəti
• 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil
• Tibbi arayış
• İş yerindən arayış
Sənədlər 2024-cü il mayın 31-dən həftənin I-V günləri saat 9.00-dan 17.00-dək ATMU-nun əsas korpusunda qəbul edilir.
Təkrar ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə ATMU-da yaradılan komissiya müsahibə aparır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə təkrar ali təhsil alan tələbələr sırasına qəbul edilirlər. Təkrar ali təhsil almaq şansı əldə etmiş və tələbələr sırasına qəbul olunmuş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq ixtisaslara qəbul edilir və onlar üçün təhsil müddəti müəyyənləşdirilir.
Xaricdə təhsil almış şəxslər təkrar ali təhsil almaq üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində müvafiq prosedur (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.
Təhsil ödənişlidir. Təhsil haqqı ixtisaslara uyğun olaraq müəyyənləşdirilir.
Qeyd–sənəd təqdim edənlər, həmçinin elektron formada Elm və Təhsil Nazirliyinin www.portal.edu.az saytından da qeydiyyatdan keçməlidirlər. Yuxarıda qeyd olunan sənədlərin hər birinin sistemə yüklənilməsi mütləqdir.
Azərbaycan Turizm və Menecment Universiteti
AZ 1072, Bakı şəhəri,
K.Rəhimov küçəsi, 822/23-cü məhəllə
Telefonlar: (+99412) 5645411, (+99412) 5644233(daxili: 125)
Email: [email protected]
URL: www.atmu.edu.az