“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti AÇIQ TENDER ELAN EDİR

post-img

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin

Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

“Əlicançay su anbarının tikintisi”nin satın alınması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Satınalan təşkilatın adı: Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti

VÖEN- 1300300711,

Kod- 805562

H/h- AZ 10 IBAZ 38070019449716100216, 

Bank-“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h- AZ03NABZ01350100000000002944,

VÖEN -9900001881, 

SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü)

Əlaqələndirici şəxs- Qulam Şamil oğlu Aslanov (A.A.S)

Satınalan təşkiların ünvanı- Bakı şəhəri, Yasamal ra­yonu, Moskva prospekti 69a.

Əlaqələndirici şəxsin E-maili: [email protected]

Əlaqə nömrəsi- (012) 431 08 64.

Satınalma predmetinin adı- “Əlicançay su anbarı­nın tikintisi”.

Ünvanı - Şəki və Oğuz rayonları.

İşlərin qısa təsviri – Su anbarının ümumi su tutumu 108 milyon kubmetr, faydalı həcmi isə 100 milyon kubmetrdir. Əlicançay su anbarına yığılan su ilə Şəki və Qax rayon­larının ərazisində yaradılacaq Aqroparka məxsus ümumi sahəsi 40706 hektar, suvarma netto sahəsi 36635 hektar olan ərazidə mütərəqqi suvarma texnikası və texnologiya­ları tətbiq edilməklə qoz, badam, fındıq və zeytun bağları suvarma suyu ilə təmin ediləcəkdir. Eyni zamanda Şəki rayonunun 12 yaşayış məntəqəsinin 32 min nəfərə yaxın əhalisinin içməli su ilə təmin edilməsi də nəzərdə tutulur.

İşlərin yerinə yetirilmə müddəti – 1080 təqvim günü və yaxud 36 aydır.

Tender təkliflərinin qiymətləndirməsi meyarları-tender təklifinin ödəniş şərti - 10 baldır. İddiaçı bağlanacaq satı­nalma müqaviləsinin yerinə yetirilməsi üçün avans ödəni­şi tələb etmədiyi halda bu meyar üzrə müəyyən olunmuş maksimal 10 bal alacaqdır.

İddiaçı tender təklifində 20 faizdən artıq avans ödənişi tələb edərsə,o zaman həmin iddiaçının tender təklifi kə­narlaşdırılacaqdır. 20 faiz və daha az avans ödənişi tələb olunan tender təklifinin bu meyar üzrə alacağı bal aşağıda­kı düstur əsasında hesablanacaq, (20–X)/20x10 X-tender təklifində iddiaçı tərəfindən tələb olunan avans ödənişinin müqavilə qiymətinə nisbətdə faizi. Qiymət təklifi – 90 baldır.

Satınalma müqaviləsinin icrasını təmin etmək üçün ten­der iştirakçıları lazımi kadr və maliyyə imkanları ilə yanaşı, aşağıdakı meyarlar üzrə ixtisas göstəricilərinə, təcrübəyə, səriştəyə və etibarlılığa malik olmalıdırlar.

• İddiaçının son 10 (on) ildə meliorasiya və su təsərrü­fatının inkişafı məqsədilə aparılan işləri tərkibində müxtəlif növ hidrotexniki qurğuların tikintisi və təmir-bərpası üzrə orta illik dövriyyəsi 5 (beş) milyon manatdan az olmama­lıdır.

• İddiaçı son 10 (on) il ərzində respublika ərazisində əsas podratçı kimi iri tutumlu su anbarları, hidroqovşaqlar və magistral kanallardan ən azı birinin və onlara bağlı mi­nimum 10 m3/san suburaxma qabiliyyətinə malik müxtəlif növ hidrotexniki qurğuların (suqəbuledici, qəza sutullayıcı, tunel və düker) tikintisi və əsaslı təmir-bərpası təcrübəsinə malik olmalı və həmin işlərə dair minimum 2 obyekt üzrə işbitməni təsdiqləyən sənədləri təqdim etməlidir.

• Satınalma müqaviləsinin icrasına yönəltmək məqsədi ilə iddiaçının malik olduğu sərbəst maliyyə resurslarının və ya bankın zamin olduğu kreditin minimum məbləği 12,0 (on iki milyon manat) manatdan az olmamalıdır.

İştirak haqqı 15.000 (on beş min manat) manatdır. 

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

1. Tender təklifi təkliflərin açıldığı gündən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır. Tender təklifi Azərbay­can dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı 

(bank zəmanəti, tender təklifinin qüvvədə olma müddə­tindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfin­dən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər ic­bari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdə­liklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş və­zifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmama­sı haqqında müvafiq vergi orqanından arayış.

(vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat ta­rixi cari rüb ərzində olmalı, sənədin əslinin notarial qayda­da təsdiq olunub təqdim edilməsi zəruridir).

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

(son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin notarial təsdiq olunaraq təqdim edilməsi zəruridir).

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

(bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalı, sənədin əslinin notarial qaydada təsdiq olunub təqdim edilməsi zəruridir).

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və qeydiyyatdan keçdiyi ölkə (kommersiya və hüquqi şəxslə­rin dövlət qeydiyyatı reyestrindən çıxarış iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarı­şın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuşu­nun təqdim edilməsi zəruridir).

7. Rekvizitlər (iddiaçının və ya bankın imzası və möhü­rü ilə təsdiq edilərək təqdim edilməsi zəruridir).

8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluq­çularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqavilə­sinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstər­mələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olması­nın məhkəmə qaydasında qadağan edilməməsi.

(DİN və ya Asan xidmət tərəfindən təqdim edilməli, sənədin əslinin və ya notarial təsdiq olunmuşunun təqdim edilməsi zəruridir). 

Sənədin verilmə tarixi elan olunan aydan etibarən 2023-cü ilin oktyabrından olmalıdır. 

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyul­maması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmə­nin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz isti­fadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barə­də sənəd.

(vergi xidməti tərəfindən təqdim edilməli, cari rübü əhatə etməli, sənədin əsli və ya notarial təsdiqlənmişinin təqdim edilməsi zəruridir).

10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsi­nin və etibarlılığının olması.

(müsabiqə əsas şərtlər toplusunun BÖLMƏ №3 13.3.8 bəndinə və BÖLMƏ №7 Qoşma №7-yə əsasən iddiaçı tərəfindən təqdim edilməlidir).

11. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlə­rinin meyarlarına uyğun olması.

(Azərbaycan Respublikasının Dövlət Statistika Komitə­si tərəfindən təqdim edilməli, sənədin əslinin və ya notarial təsdiqlənmişinin təqdim edilməsi zəruridir); sənədin qüv­vədə olma müddəti “Tələb olunan sənədlərin son təqdim olunma tarixini əhatə etməlidir”.

12. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə ye­tirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik ol­ması. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməli sənədin əslinin və ya notarial təsdiqlənmişinin təqdim edilməsi zəruridir.

13. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması.

(imza səlahiyyəti olan şəxsin (əgər təsisçi direktor deyilsə) əmri, sənədin əsli və ya notarial təsdiqlənmişinin təqdim edilməsi zəruridir);

İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3 və 13-cü sı­ralarda göstərilən sənədləri 6 noyabr 2023-cü il saat 17.00-a qədər qapalı zərfdə əsli və surəti olmaqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 

İddiaçılar tender təklifi və bank təminatını isə 16 noyabr 2023-cü il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) qapalı zərfdə əsli və surəti ol­maqla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 69a nömrəli ünvana təqdim etməlidirlər. 

İddiaçıların təklifləri 17 noyabr 2023-cü il saat 15.00-da açılacaqdır. 

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərf­lərin açılışında iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qa­nuna uyğun keçiriləcəkdir.

Tender komissiyası

Reklam və elan